“TDT+ modeli türk dövlətləri arasında yeni inteqrasiya mərhələsidir”
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“TDT+ formatı türk dövlətlərinin əməkdaşlığını yeni səviyyəyə qaldıran siyasi və iqtisadi platforma kimi qiymətləndirilir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
O qeyd edib ki, bu format türk dünyasını yalnız mədəni bağlarla deyil, strateji maraqlarla da birləşdirməyi hədəfləyir:
“Türk Dövlətləri Təşkilatının genişlənməsi Mərkəzi Asiya, Qafqaz və Anadolu bölgələrində yeni güc mərkəzinin formalaşmasına şərait yaradır. TDT+ çərçivəsində enerji, nəqliyyat, təhlükəsizlik və ticarət sahələrində ortaq layihələrin reallaşması gözlənilir. Azərbaycanın bu formatdakı rolu xüsusi əhəmiyyət daşıyır. Çünki ölkə coğrafi mövqeyinə görə türkdilli dövlətlər arasında körpü funksiyasını yerinə yetirir. Bakı həm enerji marşrutlarının təhlükəsizliyində, həm də iqtisadi inteqrasiyada əsas həlqədir. Bu model Azərbaycan üçün yeni bazarlara çıxış, investisiya və logistika imkanlarını genişləndirə bilər”.
O əlavə edib ki, TDT+ həm də türk dövlətlərinin Qərb və Şərq gücləri arasında balanslı siyasət aparmasına yardım edəcək:
“Bu əməkdaşlıq regional müstəqilliyi və təhlükəsizliyi möhkəmləndirəcək. Təşkilatın genişlənməsi Türkiyənin liderlik rolunu da daha qabarıq şəkildə ortaya qoyur. Bununla yanaşı, Mərkəzi Asiya ölkələri üçün də öz maraqlarını qorumaq baxımından yeni diplomatik alətlər yaradır. TDT+ çərçivəsində vahid iqtisadi məkan və ortaq ticarət qaydaları üzərində iş aparılması gözlənilir. Bu, türk dünyasının qlobal iqtisadi sistemdə bir blok kimi çıxış etməsinə şərait yaradacaq. Azərbaycanın geosiyasi çəkisi və diplomatik nüfuzu bu prosesdə daha da artacaq. TDT+ türk dövlətlərinə qarşılıqlı asılılıqdan doğan güc, Azərbaycana isə strateji mövqeyini daha da möhkəmləndirmək imkanı verir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağı qəbul edilib
07 Noyabr 2024 13:59
TDT yə inteqrasiya Ermənistanı dalandan çıxarar
22 Avqust 2025 09:05
“TDT+”: yeni format, türk dünyasının gələcəyə baxış modeli...
14 Oktyabr 2025 11:31
TDT: Qlobal nizamsızlıq dövründə sabitliyin türk modeli
08 Oktyabr 2025 11:39
Şuşada TDT çərçivəsində inteqrasiya perspektivləri müzakirə olunub
24 Noyabr 2025 15:40
Baxış sayı:116
Bu xəbər 08 Oktyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları