Icma.az
close
up
RU
Türk dövlətləri arasında inteqrasiya güclənir

Türk dövlətləri arasında inteqrasiya güclənir

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu il TÜRKPA önəmli tədbirlər keçirəcək

Qloballaşan dünyada yeni güc mərkəzlərinin, eləcə də yeni beynəlxalq təsisatların yaranması zərurətə çevrilir. Regional inkişafın ən mühüm ünsürlərindən sayılan birliklər yeni nizamda bölgənin ümumi mənzərəsində əsaslı rol alır. Türk dövlətlərinin və xalqlarının birliyi də bu nöqteyi-nəzərdən mühüm faktorlardandır. Türk Dövlətləri Təşkilatı kimi mühüm təşkilatlar yeni nizamda regional güc mərkəzləri kimi artıq formalaşma mərhələsinə qədəm qoyur. Türk dövlətləri ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin ən mühüm prioritetlərindəndir. Mərkəzi Asiya birliyinin üzvü olması, Türkiyə ilə strateji müttəfiqliyə malik olması Azərbaycanın regional əməkdaşlıq imkanlarını genişləndirir. Artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. TDT çərçivəsində siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində əsaslı addımlar atılır. Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.

Təşkilatın fəaliyyəti...

Vurğulandığı kimi, son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirib. Bu mənada, türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığı xüsusi vurğulanmalıdır. Belə təşkilatlardan biridə Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA). Xatırladaq ki, Türk Dövlətləri Parlament Assambleyası 21 noyabr 2008-ci ildə İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunub. 29 sentyabr 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində TÜRKPA-nın I plenar sessiyası keçirilib. Plenar sessiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsi haqqında qərar qəbul edilib. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur. Təşkilatın məqsədləri sırasına parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, eləcə də tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması daxildir. Təşkilat həm də tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərir.

Eyni zamanda, təşkilata üzv ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin və tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türk dövlətləri üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin inteqrasiyası üzrə tövsiyələr vermək də TÜRKPA-nın fəaliyyətində vacib yer tutur.

“TÜRKPA Plus” formatının tətbiqi mühüm yenilikdir

Yeri gəlmişkən, bugünlərdə TÜRKPA-nın Baş katibi Ramil Həsən bildirib ki,  Assambleya Şurasının qəbul olunmuş qərarları çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının təşəbbüsü ilə qadın və gənc parlamentarilərin hər il bir dəfə toplantısı keçirilir. Bu il də həm qadın, həm də gənc parlamentarilərin TÜRKPA çərçivəsində toplantıları nəzərdə tutulub. Planlaşdırılan tədbirlərdən birinin Türk Dövlətləri Parlament Assambleyasının Qadın Parlamentarilər Toplantısı olduğunu bildirən Baş katib diqqətə çatdırıb ki, belə fəaliyyətlər üzv ölkələr arasında əməkdaşlıq imkanlarını genişləndirərək davamlı dialoq və ortaq layihələrin həyata keçirilməsinə yol açacaq. “Bu toplantılar TÜRKPA-nın hərtərəfli parlament diplomatiyasından istifadə istiqamətində nəzərdə tutduğu mühüm addımlardandır. Belə təşəbbüslər həm əlaqələrin gücləndirilməsinə, həm də gənclərin və qadınların idarəetmə mexanizmində söz sahibi olmasına xidmət edir. Eyni zamanda, gender balansının qorunması və digər mühüm məsələlərin müzakirəsi üçün də əhəmiyyətlidir”, - deyə R.Həsən vurğulayıb.

Baş katibin sözlərinə görə,  bu il Qazaxıstan parlamenti tərəfindən də TÜRKPA çərçivəsində bir sıra tədbirlər nəzərdə tutulub. O deyib ki, bu tədbirlərdən biri üzv ölkələrin parlamentlərinin Xarici Əlaqələr komitələrinin növbəti toplantısının keçirilməsidir. Qazaxıstanın paytaxtı Astana şəhərində bununla bağlı ciddi hazırlıq prosesi aparılır: “Türk Dövlətləri Parlament Assambleyası qanunvericilik orqanları arasındakı münasibətləri yaxınlaşdırmaq, yeni qanun layihələrinin hazırlanmasına dəstək olmaq və TÜRKPA-nın institusional olaraq güclənməsi üçün fəaliyyət göstərir. Eyni zamanda, rəsmi və hüquqi bazanın gücləndirilməsi, sənədlərin yenilənməsi və beynəlxalq parlament təşkilatı kimi yeni formatda fəaliyyət göstərmək də prioritetlərdəndir. “TÜRKPA Plus” formatının tətbiqi də bu istiqamətdə atılan addımlardandır. Əminik ki, yaxın gələcəkdə həyata keçiriləcək hər bir addım türk dünyasının birlik və bərabərliyinə xidmət edəcək və dövlət başçıları tərəfindən Qəbələdə qəbul olunmuş deklarasiyanın məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayacaq”.

Bütövlükdə, bu gün TÜRKPA həm üzv və tərəfdaş dövlətlər, həm də onların hüdudlarından kənarda böyük nüfuza malikdir. Qurum dünyanın ən mötəbər beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq çərçivəsində qlobal parlament dialoqunu təşviq edir, parlament diplomatiyası institutunun inkişafında mühüm rol oynayır. Təşkilatın təşəbbüsü ilə keçirilən çoxsaylı tədbirlər, qəbul olunmuş qərarlar, həyata keçirilən fəal parlament diplomatiyası və bütövlükdə əldə olunan nəticələr onu deməyə əsas verir ki, TÜRKPA nəinki Türk dünyasında, həmçinin daha geniş müstəvidə öz layiqli yerini tutmaqdadır.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:414
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Yanvar 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri