TDT Müsəlman Dini Liderlərinin Məşvərət Şurasının fəaliyyəti müzakirə edilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 20-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.
Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə A.Paşazadə TDT-nin şərəfli tarixi missiya yerinə yetirdiyini, bu quruma daxil olan ölkələrin dövlət başçılarının mühüm işlər gördüyünü bildirib.
Baş katib Kubanıçbek Ömüraliyev TDT Müsəlman Dini Liderlərinin Məşvərət Şurasının təsis olunması ilə bağlı Şuşa şəhərində imzalanan Bəyannaməni tarixi sənəd adlandırıb. Məşvərət Şurasının yaradılmasında və fəaliyyətində göstərdiyi xidmətlərə görə QMİ sədrinə minnətdarlıq edib.
Söhbət zamanı TDT Müsəlman Dini Liderlərinin Məşvərət Şurasının gələcək planları, keçiriləcək toplantılar barədə müzakirə aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 Noyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















