TDT nin ilk peykinin 2027 ci ildə buraxılması planlaşdırılır
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb.
Newscenter.az xəbər verir ki, "Report"un yerli bürosunun Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadən verdiyi məlumata görə, layihəni nazirliyin rəhbəri Jaslan Madiyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev müzakirə ediblər.
Bildirilib ki, kosmik aparatı qazaxıstanlı mühəndislər və mütəxəssislər Astanada yerləşən Kosmik Aparatların Yığma və Sınaq Kompleksinin bazasında hazırlayırlar: "Peykin mühəndis modeli artıq tam yığılıb, işlər təsdiq edilmiş qrafikə uyğun olaraq aparılır".
Bundan başqa, tərəflər çərçivə sazişinin hazırlanması, layihənin maliyyələşdirilməsi və buraxılışın təşkili məsələlərini nəzərdən keçiriblər.
J.Madiyevin sözlərinə görə, OTS-SAT-ın həyata keçirilməsi TDT ölkələrinin texnoloji əməkdaşlığını gücləndirəcək və yeni birgə layihələr üçün imkanlar yaradacaq.
Bu mövzuda digər xəbərlər:“Qurğuşun” bədii filminin rəsmi nümayişi 2027 ci ildə planlaşdırılır
03 Fevral 2026 12:17
TDT nin Zirvə Görüşündə TDT plus formatının təsis edilməsi planlaşdırılır
07 Oktyabr 2025 01:24
2027 ci ildə Azərbaycan Ermənistan sərhədinə qədər yol layihələrinin tamamlanması planlaşdırılır
04 Avqust 2026 14:38
Azərbaycan tələbələrinin ilk kub formasında peykinin kosmosa çıxarılması planlaşdırılır
11 Aprel 2025 11:56
BYD 2027 ci ildə “Porsche”nin rəqibini buraxacaq
30 Aprel 2026 11:34
Baxış sayı:110
Bu xəbər 30 İyul 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















