Icma.az
close
up
RU
TDT nin qlobal akatora çevrilməsi tarixi tələbatdır

TDT nin qlobal akatora çevrilməsi tarixi tələbatdır

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Türk dövlətləri ilə yanaşı, dünya ictimaiyyətinə belə bir mesaj vermişdi: “Bizim ailəmiz Türk dünyasıdır... Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir... Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Prezidentin həmin tarixi bəyanatından iki ildən bir qədər çox vaxt keçir. Bu müddət ərzində cərəyan edən geosiyasi proseslər, Avropada və Yaxın Şərqdə baş verən qanlı toqquşmalar bir daha təsdiq edir ki, formalaşmaqda olan yeni dünya düzənində Türk Dövlətləri Təşkilatı (TDT) Türk coğrafiyası üçün müstəsna əhəmiyyət kəsb edir. Bu gün hər birimiz onu da görürük ki, bir zamanlar Türk dünyasını parçalamaqla qardaş xalqlara hökmranlıq edən imperiyaların çoxu artıq tarixə qovuşub. Onların varisləri eyni siyasəti davam etdirməyə çalışsalar da, Türk xalqlarının müstəqillik yolunda atdığı qətiyyətli addımlar xarici təhdidləri xeyli dərəcədə zərərsizləşdirə bilib.

O da danılmaz həqiqətdir ki, Azərbaycanın Qarabağ Zəfəri Türk dünyasının daha sıx birləşməsinə və xarici təzyiqlər qarşısında daha qətiyyətli mövqenin sərgiləməsinə zəmin yaratdı. Çünki Azərbaycan bu tarixi Qələbəsi ilə böyük güclərin yalnız xalqımıza qarşı deyil, həm də Türk dünyasına qarşı iki əsrlik anti-Azərbaycan planını iflasa uğratdı və sübut etdi ki, heç bir qüvvə xalqın Haqqa olan inamını sarsıda və onu mübarizə əzmindən çəkindirə bilməz. Prezident İlham Əliyevin 2022-ci il aprelin 22-də Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi bəyanat elə bu tarixi gerçəkliyi əks etdirir: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

Aprelin 1-də Rusiya və Ermənistan liderləri arasında Moskvada keçirilən rəsmi görüş və orada səsləndirilən açıqlamalar bir daha göstərdi ki, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni reallıq bu gün də qısqanclıqla qarşılanır və onu müzakirə predmetinə çevirmək səyləri hələ də səngiməyib. Əslində, belə yanaşma cəmiyyətimiz üçün yenilik deyil və gələcəkdə də sensasiya kimi qiymətləndirilməməlidir. Çünki tarixi Zəfərimizi həzm edə bilməyən dairələrin əhatəsi göründüyündən daha genişdir. Prezident İlham Əliyevin iki il əvvəl andiçmə mərasimində səsləndirdiyi bu bəyanat da elə həmin reallığa söykənirdi: “Biz,-İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim,- sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.

Bugünkü geosiyasi qarşıdurmanın təlükəli təzahürlərindən biri də onunla bağlıdır ki, hətta mövqe birliyi şübhə doğurmayan alyanslarda belə, artıq ciddi çatlar müşahidə olunur, nüfuzlu beynəlxalq təşkilatlar isə baş verən hadisələrə təsir imkanlarını getdikcə daha çox itirir. Elə bu səbəblərdən, Prezident İlham Əliyevin Türk dünyası ilə bağlı təşəbbüsü mövcud geosiyasi çağırışlara qarşı ən praqmatik və effektiv təhlükəsizlik modelidir. Cənab Prezidentin aprelin 2-də TDT-yə üzv dövlətlərin hökumət başçılarını/Vitse-prezidentini qəbul edərkən səsləndirdiyi növbəti bəyanat da tarixi gerçəkliyə söykənir: “Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim çoğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq”.

 Dünyada davam edən müharibə və münaqişələr fonunda Türk coğrafiyasına, o cümlədən Orta Dəhlizə, Trans-Xəzər və Zəngəzur dəhlizlərinə beynəlxalq diqqətin artması həm də ona dəlalət edir ki, bütün qısqanclıqlara baxmayaraq, yaxın gələcəkdə TDT-nin nüfuzlu qlobal aktor kimi tanınması tarixi proseslərin zəruri tələbinə çevriləcək.

Ülvi Quliyev                                                                                   

Milli Məclisin deputatı       

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Aprel 2026 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see982

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see453

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see355

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see274

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see263

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see262

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see253

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see241

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see231

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see211

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see205

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see198

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see196

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see195

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see194

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see191

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see188

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see184

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri