TDT nin Ümümtürk Patent Təşkilatının yaradılmasını təklif edib
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə İşçi qrupu tərəfindən Ümümtürk Patent Təşkilatının yaradılması təklif edilir".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısı çərçivəsində işçi qrupun iclasında deyib.
Onun sözlərinə görə, əqli mülkiyyətin innovasiya, elm və sənayenin inkişafının təməlində dayandığını nəzərə alaraq, bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi strateji və əməli əhəmiyyət daşıyır:
"Eyni zamanda, 2023-cü ilin noyabr ayında TDT-nin Astanada keçirilmiş X Sammiti çərçivəsində irəli sürülmüş Türk Dövlətləri Metrologiya Təşkilatının yaradılması təşəbbüsü elm və texnologiyanın inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bu qurumun təsis olunması, ümumi iqtisadi inteqrasiyanın dərinləşməsi, elmi tədqiqat və innovasiya potensialının gücləndirilməsi baxımından mühüm addımdır".
Nazir qeyd edib ki, son illər ərzində TDT çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətlə inkişaf edir:
"Bu da ölkələrimizin bir-birinə olan etimadının və əməkdaşlığının getdikcə möhkəmləndiyini göstərir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 24 Oktyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















