TDT Nyu Yorkda Fələstin məsələsi ilə əlaqədar qəbul edilən qətnamə barədə bəyanat yayıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
İstanbul, 25 sentyabr, Günel Karatepe, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı (TDT) BMT Baş Assambleyası tərəfindən sentyabrın 12-də qəbul edilən “Fələstin məsələsinin sülh yolu ilə həllinə dair Nyu-York Bəyannaməsinin Təsdiqi və İki Dövlətli Həllin İcrası” qətnaməsi ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Baş katib Kubanıçbek Ömüraliyevin imzası ilə yayımlanan bəyanatda qətnamənin qəbulunun TDT tərəfindən alqışlandığı bildirilir.
Mətndə deyilir: “Qətnamə 142 üzv dövlət tərəfindən dəstəklənib. Həmçinin Fələstin dövlətinin tanınmasına dair son dövrdə atılmış addımları təqdirəlayiq hesab edirəm. Bunun nəticəsində BMT üzv dövlətləri arasında Fələstini tanıyanların sayı 157-yə çatıb. Bu addımlar beynəlxalq hüquq və müvafiq BMT qətnamələri ilə uyğun olaraq Fələstin xalqının qanuni hüquqlarını gücləndirir və ikidövlətli həll əsasında ədalətli, davamlı sülhün təmin olunmasına töhfə verir”.
Baş katib bu təşəbbüsün Qəzzadakı faciəli vəziyyətin sona çatmasına, bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasına, atəşkəsin möhkəmlənməsinə və danışıqların bərpasına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 25 Sentyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















