Icma.az
close
up
RU
TDT ölkələrinə yatırılan investisiyaların həcmi açıqlandı

TDT ölkələrinə yatırılan investisiyaların həcmi açıqlandı

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrinə 2023-cü ildə 24 milyard ABŞ dolları məbləğində Xarici Birbaşa İnvestisiya (XBİ) yatırılıb.

Gununsesi.info xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib.

Onun sözlərinə görə, bu, 2022-ci ilə nisbətən 15 % azdır.

“TDT ölkələrinə XBİ həcmini artırmaq üçün regionda sərmayə mühitinin və iqtisadi infrastrukturun yaxşılaşdırılması sahəsində fəaliyyətlərin artırılması zəruridir. XBİ cəlb etmək və daha güclü iqtisadi münasibətlər qurmaq üçün Türk İnvestisiya Fondunun rolunun gücləndirilməsi və özəl sektorun dəstəklənməsi önəm kəsb edir. Bu həmçinin, iqtisadiyyatların şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün vacib amildir”, – deyə V.Cəfərova qeyd edib.

TDAM-ın rəhbəri vurğulayıb ki, Türk dünyasında qeydə alınan iqtisadi artım, xüsusilə qeyri-neft sektoru və ticarət sahələrindəki inkişafla daha da güclənib: “2023-cü ildə TDT ölkələrinin xarici ticarət dövriyyəsi 4,3 %-lik artımla 1,48 trilyon ABŞ dollarına çatıb. Bu artım, TDT ölkələrinin ticarət əlaqələrinin daha da genişlənməsi və bu ölkələr arasında qarşılıqlı ticarətin artırılması ilə əlaqəlidir”.

O əlavə edib ki, TDT ölkələri arasında ticarətin həcmi 2022-ci ildə 30,9 milyard ABŞ dollardan 2023-cü ildə 38,3 milyard ABŞ dollara yüksəlib. Bu 24 %-lik bir artımı ifadə edir.

“2024-cü ildə isə TDT ölkələri arasında qarşılıqlı ticarətin həcminin 45 milyard ABŞ dolları keçib ki, bu müsbət nəticə, TDT ölkələrinin ticarət əlaqələrinin gücləndiyini göstərir. Xarici ticarətdə artım dinamikası Türk dünyasının iqtisadi sahədə daha çox inteqrasiya olunduğunu və üzv ölkələrinin hərtərəfli əməkdaşlığa olan marağını göstərir”, – V.Cəfərova hesab edir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Noyabr 2024 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see240

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see190

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see187

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see166

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see147

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see128

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see123

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri