Icma.az
close
up
RU
TDT strateji platforma kimi gələcəkdə daha da güclənəcək Deputat

TDT strateji platforma kimi gələcəkdə daha da güclənəcək Deputat

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə səsləndirilən fikirlər, imzalanan sənədlər və qarşıya qoyulan strateji hədəflər təşkilatın gələcək inkişafında mühüm amil kimi xarakterizə edilir. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı TDT-nin inteqrasiyasına, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsinə və Türk dünyasının beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə dair ciddi mesajlar verib". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, Azərbaycan Prezidenti türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi, ortaq maraqlar əsasında yeni təşəbbüslərin reallaşdırılması və beynəlxalq çağırışlara adekvat cavab verilməsi istiqamətində mühüm məqamlara toxunub:

"Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat sektorunda həyata keçirdiyi irimiqyaslı layihələri də diqqətə çatdırıb. Ölkəmiz türk dövlətləri üçün etibarlı tranzit və logistika mərkəzi rolunu oynayır. Xəzər dənizində 50-dən çox ticarət gəmisinə malik olan Azərbaycan bu imkanlardan istifadə edərək türk ölkələri arasında yükdaşımaların çevik və təhlükəsiz şəkildə həyata keçirilməsinə şərait yaradır. Prezident İlham Əliyev ötən ilin noyabr ayında Bakıda keçirilən COP29 Konfransına toxunaraq qeyd edib ki, əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır.  

Zirvə görüşünün sonunda imzalanan Bəyannamə Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Dövlət başçıları bəyannamədə Türk dünyasının regionda və onun hüdudlarından kənarda artan rolunu təqdir ediblər. Xüsusilə, “Türk Dünyası Xartiyası” üzv ölkələr tərəfindən ortaq mədəniyyətin, adət-ənənələrin, dilin və tarixin ifadəsi, habelə ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün vahid çərçivə kimi qəbul edilib. Bu sənədlər TDT-nin inteqrasiyasını daha da sürətləndirərək türk dövlətlərinin beynəlxalq siyasi sistemdəki mövqelərini gücləndirəcək.

Nəticə olaraq Zirvə görüşü bir tərəfdən təşkilat üzvü olan dövlətlər arasında siyasi həmrəyliyin nümayişini, digər tərəfdən isə türk dövlətlərinin regional və beynəlxalq təsir imkanlarının artdığını göstərir. Qarşılıqlı razılaşmalar türk dövlətlərinin gələcəkdə daha sıx inteqrasiyasına və ortaq dəyərlər ətrafında birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək, Türk Dövlətləri Təşkilatı ortaq mədəniyyət, tarix, dil və dəyərlər üzərində qurulmuş strateji platforma kimi gələcəkdə daha da güclənəcək. Üzv dövlətlər arasında əməkdaşlığın bütün sahələr üzrə genişləndirilməsi qlobal arenada Türk dünyasının rolunu artıracaq. Azərbaycanın siyasi iradəsi, nəqliyyat-logistika imkanları və təşəbbüsləri isə Türk dünyasının strateji gücünün formalaşmasında həlledici amillərdən biridir". 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri