Icma.az
close
up
RU
Soydaşlarımızla əlaqələr daha da güclənəcək Deputat

Soydaşlarımızla əlaqələr daha da güclənəcək Deputat

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pandemiya dövründə dayandırılan Bakı-Tbilisi-Bakı qatar reysinin yenidən bərpa olunması həm Azərbaycan-Gürcüstan münasibətləri, həm də regionda nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm hadisə hesab olunur. Bu addım iki ölkə arasında strateji tərəfdaşlığın və qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirilir. Xüsusilə Gürcüstanda yaşayan azərbaycanlıların illərdir gözlədiyi bu qərar onların gediş-gəliş imkanlarının asanlaşmasına, ailə və sosial əlaqələrinin daha rahat qurulmasına şərait yaradır. Qatar reysinin fəaliyyəti həm də turizm, ticarət və iqtisadi münasibətlərin canlanmasına əlavə töhfə verə bilər. Bir çoxları hesab edir ki, bu qərar Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarına göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan dövlətinin öz vətəndaşlarına və soydaşlarına münasibətdə bir nömrəli vəzifəsi onların təhlükəsizliyini təmin etməkdir:
“Nə qədər ki, müəyyən təhlükələr və risk faktorları mövcud idi, quru sərhədlərinin bağlı saxlanılması da bununla bağlı idi. Hazırda isə Azərbaycan dövlətinin Gürcüstanla dəmir yolu əlaqəsini bərpa etməsi və sərnişin qatarlarının qarşılıqlı hərəkəti ilə bağlı qrafikin müəyyənləşdirilməsi həm Gürcüstanda yaşayan soydaşlarımızın, həm də qonşu ölkə vətəndaşlarının uzun müddətdir gözlədiyi mühüm hadisədir. Altı illik fasilədən sonra bu addımın atılması ilk növbədə soydaşlarımızla əlaqələrin daha da güclənməsinə xidmət edəcək. Eyni zamanda, Azərbaycan-Gürcüstan qonşuluq münasibətlərinin yenidən canlanmasına, qarşılıqlı turizm əlaqələrinin inkişafına və insanlar arasında təmasların artmasına mühüm töhfə verəcək. Hazırkı mərhələdə bunlar kifayət qədər vacib məsələlərdir”.
O bildirib ki, Azərbaycan Gürcüstanı hər zaman etibarlı tərəfdaş kimi görüb və Gürcüstan da bu etimadı daim doğruldub:
“Region ölkələri arasında ilk olaraq məhz Gürcüstanla bu əlaqələrin yenidən bərpası Azərbaycanın qonşuluq münasibətlərinə verdiyi önəmin göstəricisidir. Xüsusilə nəzərə almaq lazımdır ki, Gürcüstanda yüz minlərlə soydaşımız yaşayır və onların Azərbaycandakı insanlarla sıx qohumluq, dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bu münasibətlər sadəcə sosial münasibətlər deyil, eyni zamanda ailə bağlarıdır. Biz müxtəlif ölkələrdə yaşasaq da, bir xalqın övladları olaraq həm mənəvi tellərlə, həm də qohumluq əlaqələri ilə bir-birimizə bağlıyıq. Ona görə də düşünürəm ki, Bakı-Tbilisi-Bakı qatar reysinin yenidən fəaliyyətə başlaması iki ölkə arasında ticarətin canlanmasına, turizm əlaqələrinin genişlənməsinə və ümumilikdə münasibətlərin daha da inkişafına mühüm töhfə verəcək”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri