Icma.az
close
up
RU
TDT yə üzv ölkələrin rəqabət qurumu rəhbərlərinin iclası keçirilib

TDT yə üzv ölkələrin rəqabət qurumu rəhbərlərinin iclası keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana işgüzar səfər edib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində agentliyin nümayəndələri Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin rəqabət qurumu rəhbərlərinin II iclasında iştirak ediblər.

İclasda süni intellekt sahəsində müasir tendensiyalar və təcrübələr üzrə rəqabət siyasəti, o cümlədən rəqəmsal bazarların tənzimlənməsi, kartel sövdələşmələrinin aşkarlanması və rəqabət orqanları arasında təcrübə mübadiləsi məqsədilə geniş müzakirələr aparılıb.

Tədbirin açılışında Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Boqlarka İlleş, Macarıstan Rəqabət Qurumunun prezidenti Ksaba Balaş Riqo və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxış ediblər. Tədbirdə Azərbaycanla yanaşı, TDT-yə üzv olan digər ölkələr - Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin rəqabət orqanlarının rəhbərləri də iştirak ediblər.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxışı zamanı rəqabətin təmin edilməsinin hər bir ölkənin iqtisadi inkişafı üçün önəmini vurğulayıb, bu sahədə TDT ölkələri arasında əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. TDT-nin ölkələr arasında mədəni, siyasi, strateji, o cümlədən iqtisadi əlaqələrin gücləndirilməsində rolu diqqətə çatdırılıb. Təşkilatın ticarət, nəqliyyat, rəqəmsal transformasiya, enerji, turizm, təhsil, mübadilə proqramları, mədəni irs və insan kapitalının inkişafı kimi sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə töhfəsindən bəhs edilib.

Qloballaşmanın gətirdiyi çağırışlar çərçivəsində rəqabətli iqtisadi mühitin qorunması və inklüziv, strateji rəqabət siyasətinin qəbul edilməsinin vacibliyindən bəhs edən agentlik sədri Azərbaycan Prezidentinin bu sahədə institusional çərçivənin gücləndirilməsi üçün atdığı mühüm addımları qeyd edib. Azərbaycanda 2024-cü ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsinin rəqabət, antiinhisar fəaliyyəti və bazar iştirakçılarının hüquq və vəzifələrinə dair geniş tənzimləyici mexanizmləri əhatə etdiyi vurğulanıb.

Görüşün yekunu olaraq iştirakçılar TDT çərçivəsində rəqabət qurumları arasında əməkdaşlığın davam etdirilməsi, kartellərlə mübarizə, eləcə də süni intellekt texnologiyaları sahələrində birgə təcrübə və bilik mübadiləsinin aparılmasını dəstəkləyiblər.

Sonda TDT ölkələrinin rəqabət qurumu rəhbərlərinin növbəti görüşünün keçirilməsi barədə birgə kommünike imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri