Icma.az
close
up
RU
TDT yə üzv ölkələrin kosmik agentliklərinin və aidiyyəti qurumlarının rəhbərlərinin görüşü keçirilib

TDT yə üzv ölkələrin kosmik agentliklərinin və aidiyyəti qurumlarının rəhbərlərinin görüşü keçirilib

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin ("Azərkosmos") ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin kosmik agentliklərinin və aidiyyəti qurumlarının rəhbərlərinin 4-cü illik görüşü bu gün Bakı şəhərində keçirilib.

Oxu.Az xəbər verir ki, bu strateji toplantı, türk dövlətlərinin kosmik sahədə qarşılıqlı əlaqələrini gücləndirmək, regional innovasiya və elmi-texniki tərəfdaşlığı təşviq etmək məqsədi daşıyır.

Görüşdə qeyd olunub ki, əməkdaşlığın mərkəzində ortaq texnologiyaların yaradılması, insan kapitalına yatırımlar və kosmosun dinc məqsədlərlə istifadəsi dayanır:

"TDT çərçivəsində möhkəmlənən əməkdaşlıq və türk dövlətlərinin kosmik sahədəki birliyi müasir dövrdə sadəcə mənəvi bağları deyil, strateji maraqları da əks etdirir.

Bu əməkdaşlıq regionun texnoloji müstəqilliyini artırmaqla yanaşı, onun beynəlxalq kosmik gündəmdə daha fəal rol oynamasına şərait yaradır".

Görüşdə bəzi məsələlər müzakirə olunub:

"Bunlardan biri birgə "Cube Sat" layihəsidir. TDT çərçivəsində icra ediləcək bu peyk təşəbbüsü, üzv ölkələr arasında texniki bilik mübadiləsini genişləndirməklə yanaşı, karbon dioksid və metan kimi istixana qazlarının monitorinqi vasitəsilə iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə verəcək.

Digər bir məsələ kosmos sahəsində hüquqi çərçivənin standartlaşdırılmasıdır.

Azərbaycan tərəfindən təklif edilən bu təşəbbüs, ortaq hüquqi baza yaratmaqla gələcək birgə layihələrin reallaşdırılmasını asanlaşdıracaq. Tətbiq olunacaq model, BMT-nin kosmosla bağlı beynəlxalq müqavilələrinə uyğun şəkildə hazırlanacaq.

Virtual Kosmik Akademiyanın yaradılması 21 aparıcı universitetin iştirakı ilə qurulacaq bu rəqəmsal platforma, regionun gənc istedadlarına daha geniş təhsil imkanı yaradacaq və Azərbaycanın gələcəkdə kosmik təhsil və innovasiya mərkəzi kimi mövqeyini gücləndirəcək.

GUHEM Kosmos Düşərgəsi və təhsil layihələri Türkiyədə baş tutacaq. Düşərgənin təqdimatı ilə yanaşı, coğrafi informasiya sistemləri (GIS) üzrə təlimlərin TDT ölkələrində tətbiqi məsələsi də gündəmə gətirilib".

Həmçinin qeyd olunub ki, TDT üzv ölkələrin kosmik agentliklərinin görüşləri mütəmadi təşkil olunacaq:

"Bu təşəbbüs sayəsində üzv və müşahidəçi ölkələr arasında əməkdaşlıq və bilik mübadiləsi sistemli şəkildə həyata keçiriləcək".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri