Teatrlara gənc aktyorlar dəvət etsinlər
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Aktyor Fərda Xudaverdiyev teatrlara gənclərin və sosial şəbəkədə tanınan simaların cəlb olunması ilə bağlı fikirlərini bölüşüb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Mədəni şou" proqramında danışıb. Veriliş zamanı teatrlarda gənc aktyorların olmaması müzakirə edilib və "Niyə teatra gənc aktyorlar dəvət olunmur" sualı ünvanlanıb..
F.Xudaverdiyev bildirib ki, məqsəd peşəkar aktyorları əvəzləmək deyil, tamaşalara marağı artırmaqdır:
"Rəng qatmaq naminə, peşəkar hiss etməsələr belə, sosial şəbəkədə məşhurlaşan insanları peşəkar aktyorlarla bir araya toplasınlar. Hərdən onları teatra dəvət etsinlər. Həftədə bir dəfə bir tamaşada oynamağa icazə versələr, teatrlarımıza rəng qatmaq olar. Demirəm ki, bu, onlara dəstək məqsədi daşıyır, sadəcə rəng qatmaq üçündür".
Aktyor əlavə edib ki, aktyorluq hər kəsin bacara biləcəyi və ya zorla mənimsədilə biləcək peşə deyil:
"Aktyorluq zorla yeridiləcək peşə deyil".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 17 İyul 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















