Icma.az
close
up
RU
Kitabxanalara və teatrlara marağın azalması hansı sosial amillərlə bağlıdır? SORĞU

Kitabxanalara və teatrlara marağın azalması hansı sosial amillərlə bağlıdır? SORĞU

Icma.az bildirir, Sia Az portalına istinadən.

Elm və texnologiyanın inkişafı insanı günbəgün təbiilikdən uzaqlaşdırır. Qabaqlar hamımızın görüş yerimiz, bilgi və elm ocağı olan kitabxanalar yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir. 5-10 il öncə kitabxana salonlarında, teatrlarda “iynə atsan yerə düşməzdi”, amma indi bu məkanlara gedənlər barmaqla sayılacaq qədər azdır.

Kitab mağazalarını restoranların və mağazaların əvəz etdiyini, kitabxanalardakı kitab rəflərininsə kitab həsrəti ilə toz tutduğunu bir fakt kimi müşahidə edərək buna səbəb olan amilləri nəzərdən keçirdik. SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Məleykə Məcidzadə: "İndiki zamanda telefonlarda məlumatlar çoxaldığına görə kitabxanalara gedənlərin sayı azalıb. Deyirlər ki, telefon əlimizin altındadır deyə, məlumatları buradan toplayaq. Əslində bu, yanlış fikirdir. Kitabxanaya getdikcə, kitabı canlı oxuduqca insanın zehni daha da güclənir. Telefon insanın zehnini inkişafdan saxlayır. Telefondan az istifadə etsək, daha yaxşı olar. Mən uşaqlarımı hər dəfə kukla teatrına aparıram. Bir dəfə teatrda az adam, bir dəfə də çox adam olur. Tamaşa maraqlı olanda adam daha çox olur. O zaman sevinirəm ki, hamı gəlir, baxır. Getmək lazımdır, özümüzü inkişaf etdirməliyik ki, gənc nəsil də bizə baxıb formalaşsın".

Şəhər sakini Gülnar Abdullayeva: "Səbəb internetin olması, sosial şəbəkələrin olması ola bilər. Amma gedənlər də var. Biz də kitabxanaya, teatra gedirik. İnsanlar kitabxanaya getməyi vaxt itkisi hesab edirlər. Amma kitabxanaya, teatra getməkdən də həzz almaq lazımdır".

Şəhər sakini Cəmil Abdullayev: "Marağın azalmasının əsas səbəbi internetin yaranması ola bilər. İnternet varsa, deməli, hər şey var. Hamı telefondan istifadə edir. Kitabxanaya getmək insanın nitqini, danışıq qabiliyyətini artırır. Amma bütün informasiya internetdə var, hamı da ondan istifadə edir. İnsanlar vaxt itirmədən məlumat almaq istəyirlər".

Şəhər sakini Zəminə Dünyamalıyeva: "Bunun bir çox səbəbi var. Əslində ən çox texnologiya, telefonla əlaqələndirirlər. Ancaq mənə elə gəlir ki, bunun əsas kökü başqadır. Dövrümüz elədir ki, inkişafdan hər bir insan səmərəli istifadə etməlidir. Bizim dövlətimiz müstəqilliyə qan-qada ilə gəlib. İnsanların həyat tərzi birdən-birə dəyişdi. Elə oldu ki, həm o dövrün demokratiyaya olan addımı birdən dəyişdi. İnsanlara yad olan qurum idi. Azərbaycan üçün Dağlıq Qarabağ məsələsi həmin dövrə düşdüyü üçün dəyişimin ikincisi də burada oldu. İnsanların pərakəndə olması, 30 il bir milyon yarıma qədər insan ancaq həyatda qalmağı düşündü. Mədəniyyət, kitabxana o vaxt inkişaf edir ki, orada stabillik var. Bizim taleyimizdə elə gündəm yarandı ki, bu, bizdən asılı olmayan səbəblərdən yarandı. Artıq vərdiş halına keçdi. Sonra da texnologiyanın inkişafı insanların yeniliyə can atmasına səbəb oldu. Biz bu boşluğu birbaşa texnologiya ilə doldurduq. Bu gün ən çox bu səbəblərin acısını yaşayırıq. İnsanları qınasaq da, bizdən asılı olmayan səbəblərdə də çox oldu".

Şəhər sakini Məhbubə Qafarova: "İndiki zamanda ən çox internetə üstünlük verilir. Hər şey də internet üzərindən olduğu üçün artıq insanlarda səbr qalmayıb. Ona görə də, teatrlara, kitabxanalara getmək azalıb. Teatrı telefonda filmlər əvəzləyib. Telefondan kitab da oxuyurlar. Səbəblər bunlar ola bilər".

Şəhər sakini Rəvanə Həsənova: "Kitabxanalara, teatrlara marağın azalmasının səbəbi biz - valideynlərik. Mən iki qız övlad böyüdürəm. O qədər sosiallaşma baş verib ki, telefon, kompüter əsridir, əgər mən kitab alıb uşağın qarşısında oxumuramsa, uşaq necə nümunə götürsün. Uşaq gördüyünü götürür, ana-atanın güzgüsüdür. Mən başqa səbəb görmürəm. Kitabxanalar bizim zamanda da var idi. Əksinə indi daha çoxdur. Övladlarımız üçün hər cür şərait var. Ana və ata nə edirsə, övlad da onu edir. Ona görə də, kitablara, bədii əsərlərə maraq daha azdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 May 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri