Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Azərbaycanda teatrlara maraq azalıb STATİSTİKA

Azərbaycanda teatrlara maraq azalıb STATİSTİKA

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün ölkəmizdə Milli Teatr Günü qeyd edilir. İlk dəfə 102 il əvvəl -1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulması ilə Azərbaycanda bu sahənin əsası qoyulub. Tamaşanın səhnələşdirilməsində Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun xüsusi payı olub.  


AXC-nin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Bu dövrdə teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu.Bu, Azərbaycan peşəkar teatrının dövlət teatrı statusu alması demək idi. Müstəqillik dövründə ilk göstərilən tamaşa 1918-ci il noyabrın 4-də Nərimann Nərimanovun "Nadir şah" faciəsi olub. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi və repertuarı genişləndi. 


Teatr, bir cəmiyyətin mədəniyyətinin inkişafında, insanlarda estetik zövq və düşüncə çərçivəsinin gənişlənməsində mühüm rol oynayır. Səhnədə canlandırılan hər bir tamaşa ictimai şüura təsir edərək insanlarda yeni fikir formalaşdıra, empatiya hissini artıra bilər. Teatrlar sadəcə incəsənət məkanı hesab edilmir, həm də ictimai diskussiyaları formalaşdıran bir platformadır. Məhz bu səbəbdən teatr sayı və ona olan maraq bir ölkənin mədəni səviyyəsinin göstəricisi kimi dəyərləndirilir. Ancaq son illərin statistikaları göstərir ki, ölkəmizdə teatr sahəsinə maraq o qədər də yüksək deyil.


Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə ölkəmizdə 29 peşəkar teatr fəaliyyət göstərib. Teatra gələnlərin sayı isə bir il ərzində 430 min olub. Bu da o deməkdir ki, hər 1000 nəfərdən sadəcə 42-i teatra gedir. Ölkəmizdə son 5 ildə ən çox teatra maraq pandemiyadan əvvəlki dövrə - 2019-cu ilin payına düşür. Belə ki, həmin il 645 min insan teatra gedib ki, bu da hər 1000 nəfərdən 65-nin teatra getməsi deməkdir. Pandemiya dövründə isə karantin rejimi səbəbindən teatrlara gedənlərin sayında ciddi azalma müşahidə olunub. Belə ki, 2020-ci ildə 135 min, 2021-ci ildə isə 145 min insan teatra gedib. Bu da hər 1000 nəfərdən 14-nün teatra getdiyi mənasına gəlir. 


Gürcüstanda isə vəziyyət daha fərqlidir. Gürcüstanın Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Gürcüstanda 53 peşəkar teatr fəaliyyət göstərib, onlardan 42-si dram, musiqili, komediya və miniatür, 7 - i kukla, 2 - i opera və balet, 2-i isə uşaq və gənclər teatrıdır. Teatrların əksəriyyəti - 52,8 faizi Tbilisidə yerləşir. Türkiyədə isə hazırda 808 teatr fəaliyyət göstərir. Son statistikalara görə 1 il ərzində Türkiyədə teatra gedənlərin sayı  6 milyon 279 bin 512 olub. 


Teatr bir millətin incəsənətə, düşüncə azadlığına və mədəni inkiafına verdiyi dəyərin aynasıdır. Lakin teatrların azlığı və tamaşaçı sayının aşağı olması cəmiyyətdə teatr mədəniyyəti lazımi şəkildə formalaşmamasına gətirib çıxarır. Az teatr məkanları və az tamaşa teatr sahəsində fəaliyyət göstərən yaradıcı insanlara da məhdud imkanlar yaradır, bu səbəbdən aktyor və rejissorlar bəzən bu sahəni tərk etməyə məcbur qalırlar. Belə bir vəziyyətdə teatra olan marağı artırmaq, onu daha cəlbedici etmək üçün həm dövlətin, həm də cəmiyyətin səy göstərməsi vacibdir. İnsanların mədəniyyətə və incəsənətə yaxınlaşması, dünyagörüşlərinin genişlənməsi üçün teatr hər zaman aktual olmalı və dəyərləndirilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Mart 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see999

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see463

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see366

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see284

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see272

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see271

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see250

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see241

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see215

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see208

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see203

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see201

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see199

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see198

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see195

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see192

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see188

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see187

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see185

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri