Icma.az
close
up
RU
TƏBİB də nələr yaşanır? Deputat həyəcan təbili çaldı

TƏBİB də nələr yaşanır? Deputat həyəcan təbili çaldı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsindən sonra qurumda ixtisarların olduğu deyilir. Xüsusilə bir qədər əvvəl stomatoloqlarla bağlı optimallaşdırma qərarı bölgələrdə narazılığa səbəb olub. Qurum maliyyə-iqtisadi əsaslara söykənərək bəzi rayonlarda ştatların ixtisar edildiyini açıqlayıb. Lakin həkimlər bildirirlər ki, 130-180 min əhalisi olan rayonlarda cəmi 3 stomatoloqun saxlanılması real tələbatı ödəmir. Onların sözlərinə görə, uzun illər çalışan mütəxəssislərin işsiz qalması səhiyyə sistemində mövcud çatışmazlığı daha da dərinləşdirə bilər.

Bu ixtisarlar nə dərəcədə əsaslıdır? İşdən çıxarılan diş həkimləri alternativ tapmadıqda fərqli sahələrdə –  fəhlə kimi çalışmaq məcburiyyətində qalmalıdırmı?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa bildirib ki, təkcə TƏBİB sistemində deyil, digər sahələrdə də ixtisarlar artıb:

“Hər bir ixtisar mütləq iqtisadi əsaslandırmaya söykənməlidir. Eyni zamanda, işdən çıxarılan şəxslərin başqa sahədə işlə təmin olunması və ya ixtisaslarına uyğun alternativ fəaliyyət imkanlarının yaradılması vacibdir. Çünki böyük bir işsizlər ordusunun formalaşması təhlükəsizlik baxımından ciddi narahatlıq yaradır”.

Deputatın sözlərinə görə, vətəndaşların sosial vəziyyətinin ağırlaşması dövlət üçün arzuolunan deyil:

“Bu baxımdan, qərarlar qəbul edilərkən məsələ hərtərəfli araşdırılmalıdır. Burada söhbət bir nəfərdən deyil, yüzlərlə insanın taleyindən gedirsə, yanaşma daha həssas olmalıdır. İşdən çıxarılan şəxslərin sonrakı məşğulluq imkanları nəzərə alınmalıdır. Əgər alternativ təmin olunmursa, bu cür riskli addımlar əlavə sosial problemlərə yol aça bilər. Ona görə də məsələ ciddi şəkildə araşdırılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Fevral 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri