TƏBİB rəsmisi: Süd vəzi xərçəngi ilə bağlı keçirilən müayinələrin nəticələri ilin sonuna açıqlanacaq
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hazırda bölgələrdə süd vəzi xərçəngi ilə bağlı müayinələr keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov "Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı" adlı tədbirdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, müayinələrin nəticələri il sonuna qədər açıqlanacaq:
"Bu xəstəliklə bağlı maarifləndirmənin rolu böyükdür. Xüsusilə də süd vəzi xərçəngi ilə bağlı qadınların maariflənməsi vacibdir. Bakıda bu əlçatan olsa da, bölgələrdə də təbliğat önəmlidir".
TƏBİB rəsmisi həmçinin əlavə edib ki, maarifləndirmə tədbirləri Qarabağda da həyata keçirilir:
"Çünki orada canlanan həyat sağlam təməl ilə ayağa qalxmalıdır".
Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 27 Oktyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















