TƏBİBin icraçı direktoru: Yaşıl xəstəxana yaradılması üçün qərarlar qəbul edilməsi labüddür
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"PostCOP dönəmi üçün mərhələli şəkildə yaşıl xəstəxana, tibbi tullantı mövzusu və enerjidən düzgün istifadə edilməsi istiqamətində səmərəli qərarlar qəbul edilməsi labüddür".
Bakıvaxtı.az-ın məlumatına görə, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov birliyin tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən növbəti müşavirəsində deyib.
V.Qurbanov bildirib ki, COP29 çərçivəsində iqlim dəyişmələrinin insan sağlamlığına təsiri və səhiyyə sahəsinin bu təsirlərlə mübarizəyə davamlılığı ilə bağlı mühüm qərarlar qəbul edilib:
"Qəbul edilən “Vahid Sağlamlıq” konsepsiyasını aidiyyəti qurumların iştirakı ilə respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün vacib addım kimi dəyərləndirirəm. Ümumilikdə ölkəmizin öhdəlikləri, prioritet hesab edilən qərarlar tibb sahəsi üçün də keçərlidir". (report)
Baxış sayı:48
Bu xəbər 30 Noyabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















