Icma.az
close
up
RU
Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır

Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Bundan sonra, XV əsrdə  Avropada Renessans erası başlandı, onun vətəni İtaliya, daha dəqiq deyilsə, bu mədəni inqilabın ilk beşiyi Florensiya idi. Sonra Renessans Romaya və Venetsiyaya keçdi. Renessans dünyaya Leonardo da Vinçi, Mikelancelo və Rafael kimi dahilər bəxş etdi. Mikelancelonun dühası hər üç sahədə - rəssamlıqda, heykəltaraşlıqda və arxitekturada əfsanəvi zirvələrə qalxdı. Böyük rəssamların təsiri altında Renessans cəmiyyəti də yaranırdı. Bu dövrdə İtaliya parçalanmış şəkildə olsa da, bu dövlətlərdə həm də İntellektual Renessans baş verdi. Rəssamlıq isə görünməmiş inkişaf səviyyəsinə yüksəldi. Kilsə də Renessansın inkişafına mane olmur, çox hallarda öz sifarişləri ilə onun irəliləməsinə kömək edirdi.

Orta əsrlərdə şəhərlər sürətlə inkişaf etməyə başladı. Şəhərləri, gözəlliyi və hündürlüyü ilə seçilən məbəd binaları bəzəyirdi. Belçikada həm də yoxsullar üçün tikilən xəstəxanalar var idi, onlara himayəçiliyi monastırlar edirdi Xəstə müalicə üçün qəbul edilməmişdən əvvəl, kiçik kilsəyə girirdi, çünki xəstəlik Allahın insana göndərdiyi cəza hesab olunurdu.  Xəstəliklər müxtəlifliklərinə baxmayaraq, əsasən otlarla müalicə olunurdu, bu məqsədlə xəstəxananın yaxınlığındakı bağda bu müalicəvi bitkilər becərilirdi. Yoğun bağırsaq problemləri üçün primitiv dəmir alətlərdən istifadə olunurdu. Lakin palataların sanitariya vəziyyəti çox aşağı idi, çarpayıda xəstələr iki-iki yatırdı. Onlar demək olar ki, yuyunmurdular. İfraz üçün işlədilən qablardan yayılan üfunət hər yeri bürüyürdü. Bütün bunlarla yanaşı, imkansız xəstələrin müalicəsi humanist addım olmaqla yanaşı, əvvəlki dövrlərə nisbətən fərqli bir proqress idi.

Niderlandda isə ispan ağalığına qarşı mübarizə katolik dininin qadağan olunması ilə müşayiət olundu. Katolik kilsəsi gizli fəaliyyət göstərirdi. Katolik ailələrindəki varlı qadınlar rahibəliyə keçirdilər. Onlar xəstəxanada xəstələrə qulluq edirdilər. Protestantların katolikləri təqib etməsindən, beləliklə, yoxsul xəstələr fayda götürürdülər.

Avropa cəmiyyəti Yüksək Orta əsrlər erasında canlanmağa və böyüməyə başladı. Kəndlilər və kübarlar sivilizasiyanın inkişafında mühüm rol oynayırdılar. Bu dövrdə həm də ticarət və şəhərlərin yeni dünyası meydana gəldi. İntellektual və sənətkarlıq dünyası da inkişaf edirdi.

XV əsrin sonunda Xristofor Kolumb Yeni Dünyanı kəşf etmişdi. Portəgiz və İspan imperiyaları böyük coğrafi kəşflərə himayədarlıq edirdi və bu, əslində, dünyanın bütövləşməsində yeni üfüqlər açırdı. Onları buna şərəf və var-dövlət qazanmaq istəyi məcbur edirdi. Avropalıların ekspansiyası yerli xalqlara böyük bədbəxtliklər gətirir, onların inkişaf etmiş sivilizasiyalarının məhv olunmasına səbəb olurdu. Avropalıların xəstəlikləri yerli əhalini ot kimi biçirdi.

XVI əsrdə Reformasiya hərəkatları və dini müharibələr getdi. Martin Lüter 1517-ci ildə Roman kilsəsi ilə böyük narazılığını öz etiraz petitsiyasında bildirdi və Avropanın hər yerində protestantların hərəkatı başlandı. Onun qəzəbinə inflügensiya - günahların bağışlanması adı altında kilsənin adamlardan pul yığması, əslində, qarətçilik etməsi səbəb olmuşdu. Protestant islahatları kilsənin transformasiyasına yol açdı.

Erkən Orta əsrlərdə ticarət hələ də xaotik xarakter daşıyırdı. Qərbi Avropanın çox hissəsində ticarət tənəzzül etmişdi. İtaliyanın şəhərləri isə ticarətin canlanmasında mühüm rol oynadılar, şəhərlər də böyüməyə başladı. Tacirlər varlandıqca, onlar şəhərlərin də inkişafına sərmayə qoyurdular. Həm də yeni iri və kiçik şəhərlər meydana gəlirdi, onlar xüsusən Şimali Avropada çox idilər.

Ticarətin canlanması şəhərləri geniş ölçüdə manufaktura istehsalının mərkəzlərinə çevrilməsinə də şərait yaratdı. Çox geniş çeşiddə parça, paltar, metaldan olan əşyalar, ayaqqabı və dəridən olan mallar istehsal edilirdi. Dar küçələrdəki ev sahibləri sənətkarlıq məhsulları hazırlayırdılar. XII əsrdən başlayaraq sənayeçilər və sənətkarlar gildiyalar təşkil etməyə başladılar. Onlar sənaye malları istehsalında artıq aparıcı rol oynayırdılar.

Bu dövrdə (XIII əsrdə) elmdə və təhsilin təşkilində inqilabi rol oynayan universitetlər meydana gəlməyə başladı. Universitet latın sözü olub, korporasiya və ya gildiya mənasını verirdi. İlk Avropa universiteti Bolonyada meydana gəldi. Bolonya Universitetinin yaranması Roma hüququna maraq göstərilməsi ilə əlaqədar idi.

Universitetlərdə qrammatika, ritorika və məntiq öyrədilirdi. Bütün klassikalar latın dilinlə oxunan mühazirələr idi. Tələbələr istənilən ölkədən və ya sinfin nümayəndələrindən ibarət ola bilərdi.

Klassik antik eraya məxsus olan mədəni irsin bərpası Yüksək Orta əsrlər dövründə baş verdi, bu, intellektual canlanmanın başqa bir aspekti idi. Bu vaxt antik dövrün əsərlərinə maraq artmışdı; bunlar qədim yunan və romalıların əsərləri idi. XII əsrdə Qərbi Avropa çox sayda yunan alimlərinin və filosoflarının əsərləri ilə tanış oldu. Bunlara Qalenin və Hippokratın təbabət barədəki, Ptolomeyin coğrafiya və astronomiya, Yevlikdin matematika elmi üzrə əsərləri daxil idi. Hər şeydən əvvəl Qərb bu vaxt Aristotelin bütöv əsərləri ilə tanış ola bildi. XII əsrin ikinci yarısında isə Aristotelin bütün elmi əsərləri latın dilinə tərcümə olundu, bu dil isə o vaxtlar beynəlxalq dil sayılırdı. Aristotelin əsərlərinin Qərbdəki təsiri olduqca böyük idi. Ona "bilən adamların müəllimi" kimi baxırdılar. Onu hətta biliyin bütün sahələrinə agah olan kimi qəbul edirdilər. Yunan elmi və fəlsəfi əsərlərinin dirilməsi, heç də sadə bir proses deyildi, ancaq Avropada yunan biliyini yalnız hələ kiçik hissəsi məlum idi. Onlar Müsəlman dünyası vasitəsilə Aristotelin və digər yunan alimlərinin əsərlərinin Qərbdə dirilməsinə nail olmuşdular. Yunanların əsərləri ərəb dilinə tərcümə olunmuşdu və parlaq Müsəlman sivilizasiyasının bir aspektinə çevrilmişdi. XII əsrdə həmin yazılar ərəb dilindən latın dilinə tərcümə edildi, beləliklə, onlar Qərbə də tanış oldu. Müsəlman və xristian mədəniyyətləri İtaliyanın cənubundakı Siciliyada Norman krallığında və bütün İspaniyada görüşdülər. Əsərlərin tərcüməsi isə ərəb və yəhudi alimləri tərəfindən həyata keçirilirdi.

İslam dünyası təkcə tərcümə ilə deyil, həm də Qərbə böyük intellektual xidmət göstərməsi ilə seçilirdi. Elmi əsərlər Qərbdə əridilməklə, Qərb dünyasında inkişaf etdirildi. Fizika, matematika, təbabət və optika elmləri sahəsindəki ərəblərin əsərləri Qərbdə latın dilində öyrənilirdi.

Qərb həm də yəhudi alimlərinin əsərlərini də qəbul etmişdi, onlar İslam dünyasında yaşayırdılar. Güman ki, ən məşhur olan Moisey ben Maymonid (1135-1204-cü illər) idi, o bu vaxt Kordobada yaşayırdı. Onun əsərləri yunan və ərəb ənənələrində idi və dinlərin və əqli qabiliyyətlərin barışdırılması problemləri ilə maraqlanırdı. O, əsərlərini ərəb dilində yazırdı.

Avropada isə elmin inkişafında ilahiyyat alimləri Abelyar (1079-1142-ci illər), Tomas Akvinas (1225-1274-cü illər) fərqləndilər. 

Orta əsrlərdə həm də Roma hüququnun bərpası baş verdi. Bizans imperatoru Yustinianın dörd bölmədən ibarət öz hüquq kodeksində romalıların irsindən geniş istifadə etmişdi.

XV əsrdə isə Avropa mədəniyyətinə inqilabi təsir göstərən Renessans baş verdi. Təsviri sənətdə və heykəltaraşlıqda XV əsrdən başlayaraq güclü inkişaf  prosesi getdi. Renessans cəmiyyəti də meydana gəldi. Bu dövrdə İtaliyada çox sayda dövlətlər var idi və florensiyalı Nikkolo Makiavelli özünün "Hökmdar" əsərində siyasi reallığa öz münasibətini bildirdi və hakim dairələrin bu zirvəyə yüksəlməsi üçün istifadə etdikləri metodları və vasitələri ifşa etdi.

Renessans təkcə rəngkarlıqdakı və heykəltaraşlıqdakı inkişafı əhatə etmirdi, İtaliyada həm də intellektual Renessans baş vermişdi. Kilsənin özü də Renessans dahilərinə xoş münasibət göstərir, onları Vatikandakı sarayları olan Müqəddəs Pyotr kilsəsinin geniş zallarını öz əsərləri ilə bəzəmək sifarişlərini verirdilər. Mikelancelonun, Rafaelin, Bottiçellinin ölməz əsərləri Vatikan saraylarını bəzəyir.

Yeni tarix dünyanın böyük inkişafına səbəb oldu

XVI əsrdə isə Reformasiyanın meydana gəlməsi ilə, dini döyüşlər başlandı. Alman ilahiyyat alimi Martin Lüter Roma katolik kilsəsinin fəaliyyətindən narazılığını özünüz yüzə qədər maddədən ibarət olan petitsiyasında elan etdi. O, kilsənin indulgensiya bağışlamaq sahəsindəki fəaliyyətinə əks çıxaraq, bunu adamları qarət etmək üsulu kimi rədd edirdi. Adamlar kilsəyə müəyyən məbləğdə pul ödəməklə, günahlarının guya bağışlanmasına və ya indulgensiya əldə etməyə nail olurdu.

Martin Lüterin narazılığı Reformasiya adlanan böyük hərəkatın başlanmasına səbəb oldu və bu, xristian dininin, əsas iki əks cəbhə olan katoliklərlə protestantlar arasında qızğın mübarizənin getməsinə yol açdı. Lüteranizmin qalxması ilə protestant hərəkatı xeyli gücləndi və bu, xristian dininin yenidən parçalanmasına səbəb oldu. Bundan bir neçə əsr əvvəl isə ikona məsələsi üstündəki mübahisələr Roma kilsəsini katoliklərə və ortodokslara (pravoslavlara) parçalanmışdı. İndi isə Avropanı dini lərzəyə salan daha geniş hərəkat baş vermişdi və bu, gələcək dini müharibələrin də baş verməsinə səbəb oldu. Avropa cənubda, mərkəzdə və qərbdə katolik dini ərazisi olaraq qalsa da, İngiltərədə və Şimalın digər ölkələrində, həmçinin Müqəddəs Roma imperiyasında protestantizm geniş yayıldı.

XVII əsrdə Avropada Elmi İnqilab baş verdi. Kopernikin, Keplerin, Qalileonun və Nyutonun elmi kəşfləri ilə, astronomiyada  Ptolomey konsepsiyalarından fərqli olan kainat barədə geliosentrik ideyaya əsaslanan yeni baxışlar meydana gəldi. Paraselsin, Vesaliusun və Harveyin axtarışları təbabətə elmi baxışlar bəslənməsinə kömək etdi. Elmi inqilabda əvvəlki dövrlərdən fərqli olaraq qadınlar da fəal iştirak etdilər. Elmi metodlar dəyişikliyə uğradı və elmi biliklər geniş yayılmağa başladı. Elmlə yanaşı, qitədə mədəniyyət də inkişaf edirdi.

Həmin əsrin başlıca xüsusiyyətlərindən biri Avropanın mərkəzində, qərbində və şərqində dövlət quruluşu kimi Mütləqiyyətin hakim kəsilməsi oldu.

XVIII əsrdə Avropa dövlətləri xeyli möhkəmlənmişdi, beynəlxalq müharibələr baş verdi. Bununla yanaşı, sosial həyatda dəyişikliklər, Avropa dövlətləri kimi Fransada, Böyük Britaniyada, Holland Respublikasında inkişaf daha sürətli idi. Aralıq dənizi dövlətləri və Skandinaviya monarxiyaları da inkişaf yoluna qədəm qoydu.

"Qüvvələrin tarazlığı" konsepsiyası beynəlxalq münasibətlərə öz təsirini göstərirdi. Kənd təsərrüfatında, maliyyədə, sənayedə və ticarətdə ciddi dəyişikliklər baş verdi. Avropanın müxtəlif hissələrində və insan qrupları arasında yaşayış səviyyəsi yüksəlməyə başladı.

İntellektual sahə ilə yanaşı, siyasi, iqtisadi və sosial sahələrdə gedən dəyişikliklər ölkələrin inkişaf yoluna qədəm qoyduğundan xəbər verirdi. Bu dövrdə həm də tənqidi düşüncələr geniş ifadə olunmağa başladı. Bu əsrdə Böyük Britaniyanı irəli çıxaran, Fransanı isə öz müstəmləkələrindən məhrum edən Yeddi illik müharibə (1756-1763-cü illər) getdi. Britaniyalılar Hindistanda qələbə çalmaqla, subkontinentdəki gələcək müstəmləkənin bünövrəsi qoyuldu. Kanada da fransızların məğlubiyyəti nəticəsində, onların tabeliyində olan bütün ərazilər Britaniyanın  müstəmləkəsinə çevrildi.

Ən mühüm yenilik isə, Sənaye inqilabının müşayiəti ilə XVIII əsrdə Avropa sənayesinin inkişafı oldu.

Fransada meydana gələn Maarifçilik ideyaları Avropaya yayıldı. Vaxtilə geridə qalan kimi tanınan Rusiya Didronu, Prussiya isə Volteri öz ölkələrinə qonaq dəvət etdi.

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dekabrda qarət olunub, xəbəri indi çıxır...

02 Mart 2025 12:08see179

ABŞ nin maliyyə naziri: Kiyev iqtisadi sazişi qəbul etmək üçün sülh müqaviləsini imzalamalıdır

03 Mart 2025 01:15see134

Model alışdı, dördotaqlı ev külə döndü

02 Mart 2025 19:06see127

Baş katib Ukraynada atəşkəs hazırlığına çağırış edib

03 Mart 2025 00:13see124

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

02 Mart 2025 10:59see122

Miroslav Kloze: “Mahirə qarşı kin saxlamıram”

03 Mart 2025 01:39see118

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 4 kq tiryək və marixuana aşkarlanıb

03 Mart 2025 14:34see117

ABŞ Ukrayna ilə nadir torpaq metalları üzrə müqaviləni imzalayacaq? Nazirdən AÇIQLAMA

03 Mart 2025 09:41see117

Suriya təhlükəsizlik qüvvələri Dəməşq ətrafında silahlı dəstələrlə toqquşub

02 Mart 2025 11:26see116

Maskın ixtisar etdiklərini Moskva ilə Pekin TOPLAYIR

03 Mart 2025 14:36see115

Nüvə təhlükəsi azalır, amma Rusiyanın Avropa ilə müharibə riski artır

03 Mart 2025 00:26see115

Londonda Ukrayna üzrə Avropa Zirvə Toplantısı başlayıb

02 Mart 2025 19:01see115

Tez hazırlanan sıyıq və pürelərin sağlamlığa TƏHLÜKƏSİ KONKRET

02 Mart 2025 19:41see113

Buz bağlayan şəlalələr Nağıllar dünyasına bənzəyən Laza kəndi

03 Mart 2025 01:13see113

“Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” ÖZƏL

02 Mart 2025 07:58see112

22 ildən sonra ikinci Oskar ını qazandı Gecənin digər qalibləri

03 Mart 2025 09:34see112

Ceyhun Bayramov Qui Yeop Son ilə görüşüb

03 Mart 2025 21:27see112

Messi niyə son matçda oynamayıb? Baş məşqçisi səbəbi dedi

03 Mart 2025 13:31see110

Volodimir Zelenski Kral Çarlsla görüşdü

03 Mart 2025 00:21see109

Bakıda şəhidin ailə üzvləri faciəli şəkildə HƏLAK OLDULAR

03 Mart 2025 23:41see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri