Icma.az
close
up
RU
Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır

Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Telman ORUCOV

(Əvvəli 20 mart sayımızda)

Təbiət insanın doğma evi və son mənzilidir. Təbiətin ona göstərdiyi qayğıya o da nankorluqla deyil, minnətdarlıqla cavab verməlidir. Heç kəs öz evinin dağılmasına, yaşayış üçün yararsıza çevrilməsinə imkan verməməyə çalışır. Ailə belə münasibəti ilə yaşadığı evin qorunub saxlanmasını təmin edir. Buna böyük xərc çəkmək ehtiyacı da yaranmır, sadəcə, bu evin abad və rahat olmasına diqqət vermək kifayətdir. Təbiət isə bəşəriyyətin ümumi evidir, Yer kürəsi hələlik insanın yaşadığı yeganə planet kimi tanınır. Onu qorumaq, ona zərbə dəyməsinə imkan verməmək, bu hazır binanın sahiblərinin çox mühüm borcudur. Övlad valideyninə xilaf çıxdıqda, onun lənəti ilə "mükafatlanır". Təbiətin ümumi övladı olan bəşəriyyət, onun hər bir hissəsi bu ümumi evin salamat qalmasına çalışmalı, bu yolda özünün zərərli ambisiyalarını da kənara qoymalıdır. Təbiətə vurulan hər bir ziyan Yer kürəsinin ümumi landşaftını korlayır, əvvəlki vəziyyəti bərpa etmək isə olduqca çətin olur, bəzən hətta sağalma heç cür mümkün olmur.

Təbiət ona nankorluqla yanaşana hökmən lənət timsallı münasibət bəsləyəcəkdir. Çünki haradasa təbiətin sarsılmaz sayılan arxitekturasının pozulması, ekologiyaya antropogen xüsusiyyətli ziyanın vurulması heç vaxt cavabsız qalmır, təbiət öz qisas mexanizmini işə salır. Hansısa bir ərazidə təbiətin nizamı pozulursa, Yer kürəsinin ən uzaq nöqtələrində də onun əks-sədası hiss olunur. Ona görə də torpaqla, təbiətlə onların başa düşdükləri qaydada davranmaq lazımdır. Güman edilir ki, torpağın ağlı vardır. Bizim isə onu anlamaq üçün ağlımız vardırmı?

 Meşələr qırıldıqca, çayların su mənbəyi tükənməyə, bütövlükdə su ehtiyatı azalmağa başlayır, bu isə öz növbəsində quraqlığın baş verməsinə, böyük ölçüdə məhsul itkisinə səbəb olur. İnsanlar çəkdiyi zəhmət müqabilində məhsul şəklindəki mükafat imkanından məhrum olur. Amazonka selvasında ağacların qırılması, meşə sahəsinin azalması, dünyanın oksigen rezervuarının sıradan çıxmasına gətirib çıxara bilər. Atmosferdə istilik zərərli qaydada artdıqca, quraqlıq, arid zonaların sahəsi böyüyəcək, Afrikada isə səhralar daha geniş şəkildə yeni əraziləri zəbt edəcəkdir. Öz dövlətini daha varlı etmək vəzifəsinə xidmət edən siyasət isə bəzən hər cür şərdən xəbər verən macəraların meydana gəlməsinə səbəb oir.

Bütün bunlar sadəcə əylənmək xatirinə baş vermir. Var-dövlət hərisliyi öz məqsədinə çatmaqla yanaşı, həm də belə bədbəxtliklərlə nəticələnir. Dövlət başçıları çalışır ki, onun ölkəsi daha varlı olsun, bunun üçün hər işə əl atır, bu vaxt məqsəd vasitələrə haqq qazandırır. Digər pis cəhət bir də ondan ibarətdir ki, var-dövlətə sahib olmağa can atmaq insan təbiətindəki ən iyrənc xüsusiyyətləri də üzə çıxarır. Pis davranışın miqyasının artması isə Yer kürəsinin də məhvinə səbəb ola bilər.

Bütün belə fəaliyyət qlobal fəlakətə, ömür sürdüyümüz planetin real məhv olması təhlükəsinə gətirib çıxara bilər. Bu vaxt insan nəslini qoruyub saxlamaq üçün başqa planetdə yaşamaq imkanını axtarmaq variantı meydana gəlir. Marsda suyun mövcudluğu təsdiq olunduqdan sonra, onun insanlar üçün sığınacaq yeri olması ideysı daha əlverişli şans kimi qəbul edilmişdir. Böyük amerikan tədqiqatçısı, öz kəşfləri və inqilabi lahiyələri ilə məşhurlaşan İlon Mask  bu ideyanı var gücü ilə müdafiə edir. O, başqalarından fərqli olaraq utopiya generatorluğu ilə məşğul olmur, sırf iş və yorulmaz fəaliyyət adamıdır.

Maskın raketləri "Shuttle" ("məkik") prinsipi ilə uçmaqla, Yerdən Marsa uğurlu səfərlər edib, qayıdır. O, Marsda insanlar üçün sığınacaq yaradılmasında fəal iştirak etməyə də hazırdır. İnsan qrupu Qırmızı planetdəki lava mağaralarında yerləşəcəkdir. Bu mağaraların ərazisi də nisbətən genişdir. Lakin onlarda yaşamaq heç də asan olması ilə seçilmir.  Mağarada gün ərzində temperatur 10 dərəcə istidən 40-50 dərəcə şaxtaya qədər dəyişir. Yəqin ki, insanlar soyuğa davamlı paltarla və digər vasitələrlə təmin ediləcəkdir ki, belə şəraitdə yaşaya bilsinlər.

 Əlbəttə, Marsdakı sığınacaqda hətta qısa müddətə də yaşamaq, Yer üzündə olduğundan çox çətindir.  Axı sığınacaq kimi istifadə edildiyindən, ondan rahat şərait ummaq da düzgün deyildir. Buradan belə bir şübhə edilməyən nəticə çıxır - bəşəriyyət öz rahat evi olan Yer kürəsini qorumalıdır, ona ziyan vurmağa son qoymalıdır. Belə münasibət təkcə doğma planetimizi deyil, bütövlükdə bəşəriyyətin  özünün də müdafiəsini təmin edəcəkdir.

Vaxtilə böyük türk şairi Nazim Hikmətin başqa məqsədlə dediyi kimi:

"Biz öz-özümüzlə yarışdayıq, gülüm,

Ya səadətə pənah aparacağıq,

ya da dünyamıza çökəcək ölüm".

Şair atom silahından istifadə təhlükəsinə görə belə kəskin proqnozla çıxış etmişdi, çünki ona 1945-ci ilin avqustunda Hirosima və Naqasakinin atom bombası zərbəsindən görünməmiş dağıntıya məruz qalması və böyük sayda insan tələfatına səbəb olması məlum idi. Soyuq müharbənin daha da qızışması, iki fövqəl dövlət arasında silahlanmanın böyük ölçüdə artması da yeni təhlükələr meydana gətirirdi. Müəllif düzgün seçimin yenə insandan asılı olduğunu vurğulamışdı. Bundan hələ 60 il əvvəl, 1903-cü ildə Nobel mükafatı laureatı Pyer Küri arvadı Mariya Skladovskaya-Küri ilə birlikdə icad etdikləri uran atomunun parçalanmasının və atom enerjisindın istifadənin həm də bədbəxtlik gətirməsi mümkünlüyü barədə xəbərdarlıq etmişdi. Təəssüf ki, onun öncəgörməsi təkcə düşməni məğlub edib, diz çökdürmək naminə amerikanların Yaponiyaya atom bombası atılması ilə deyil, həm də 1986-cı ildə SSRİ ərazisindəki Çernobıl atom elektrik stansiyasında baş verən dəhşətli qəza vaxtı öz təsdiqini tapmışdı.

Bu vaxt amerikan yazıçısı Cek Londonun "Həyat eşqi" hekayəsində təsvir etdiyi hadisə yada düşür. Uzun müddət ac qalan adam qarlı düzənlikdə taqətdən düşdüyü bir vaxtda, özü kimi ac canavarla rastlaşır. Canavar onu yesə, aclığına son qoya bilər. İki zəif varlıq öz həyatlarını xilas etmək naminə savaşa girirlər. Canavar öz təbiətinə xas olan yırtıcılıq keyfiyyətlərini, qüvvəsini məhvedici aclıq hesabına itirdiyindən, həmin adam var gücünü toplayıb onu boğub öldürə bilir və özü də bu vaxt huşunu itirir. Təsadüfən bu bədbəxtə rast gələnlər onu xilas edib, gəmiyə gətirirlər. Aclıq onun psixikasına elə güclü təsir göstərmişdi ki, bol-bol yedizdirildiyinə baxmayaraq, qara günün qorxusundan özünə yığdığı çörək qırıqlarından ehtiyat yaratmışdı.

Bəşəriyyət isə indi o qədər də zəif deyildir və heç də başqa planetdən gələn hansısa bir yırtıcı tipli varlıqla hələlik rastlaşmamışdır. Dövlətlər timsalında o özü özüylə vuruşmağa girişmişdir, görünür, bəzi dövlət rəhbərlərinin şüurunda da xoşagəlməz dəyişikliklər meydana gəlmişdir. Axı tarixən xalqın başladığı müharibə nümunəsi mövcud olmamışdır. Müharibələri adətən güc başlayır və onlara da yalnız güc son qoyur. Güc isə real hakimiyyətə malik olan dövlət rəhbərinin səlahiyyətindədir. Diplomatiya da gücə tabe olduğundan, yalnız müharibəyə son qoymaq barədə dövlət rəhbərinin iradəsini yerinə yetirmək üçün sənədlər hazırlamaqla məşğul olur. Hərb maşınını işə salan da, onun fəaliyyətini dayandıran da məhz dövlət rəhbəridir. Hazırda müharibə aparmaq kimi belə sərsəm fəaliyyət davam etsə, həddi aşan cəhdlər planeti məhv etmək kandarına yaxınlaşdıra bilər. Əgər belə intensiv dağıdıcı fəaliyyətə xidmət edən siyasət dayandırılmasa, faciəli sonluq nə vaxtsa özünü büruzə verməkdə heç də gecikməyəcəkdir.

Təəssüf ki, XXI əsrin başlanğıcında dünyanın müxtəlif guşələrində yanan müharibə tonqalı böyük təhlükədən xəbər verir. Bu alov təkcə qonşu regionları deyil, bütün dünyanı qarsa bilər. Son vaxtlar müxtəlif bəhanələrlə ört-basdır edilən imperialist meyllər güclənmişdir. SSRİ-nin mövcudluğu dövründə həqiqi və ya saxta olmasının fərqinə varmadan, xalqlar dostluğunun süni nazik folqasına bürünmüş birgəyaşayış, bir andaca qatı millətçilik həmləsi ilə dağıldı, yeni yaranmış qurama yorğan tipli kiçik bir dövlət öz qonşusuna silahlı təcavüzü ilə onun  geniş ərazini işğal etdi. Bu iyrənc haqsızlığa yalnız üç onillik sonra son qoymaq mümkün oldu və təcavüzkar ağır məğlubiyyətə düçar oldu. Əsr boyu özlərini qardaş adlandıran iki slavyan xalqı arasında qanlı müharibə başlandı və ona son qoyulması cəhdi də ciddi xarakter daşımadığından, hələlik fayda vermir. Yaxın Şərqdə də bomba partlayışları musiqi alətlərinin yaratdığı zəif melodiyaların səsini batırmaqla, daha çox eşidilir. ABŞ-nin dövlət siyasətində də iqtisadi məcburiyyət vasitələrini tətbiq etməklə qonşu dövlətləri öz tərkibində ştat kimi əritmək niyyətləri açıqca elan edilir. Birləşmiş Ştatların tarixində belə hallar olmuşdur. XIX əsrin ortalarında Meksikadan ayrılıb, özünü müstəqil dövlət elan edən Texas az sonra ABŞ-nin yeni ştatına çevrilmişdi.

Vaxtilə dünyanın Almaniya kayzeri II Vilhelmin iddialarına və yenə həmin ölkədə fürer titulunu daşıyan Adolf Hitler kimi yeni quduzun baş qaldırmasına məhəl qoylumaması ilə başlanan iki Dünya müharibəsi, insan həyatının ağır itkilərinə və nəhəng miqyasdakı dağıntılara səbəb oldu. Bəşəriyyət, onların ambisiyalarının həyata keçirilməsi cəhdlərinə görə ağıla gəlməyən qurbanlar verməyə məcbur oldu. İndi də kiminsə hansısa aldadıcı ideyasına məhəl qoymamaq, daha böyük fəlakətlərə səbəb ola bilər. Ona görə də müharibə alovu daha iri regionlara yayılmamış, bu odu söndürmək zərurəti yaranır. Adətən yanğın çox sürətlə yayılır və daha böyük əraziləri məhv etməyə başlayır. Bu yaxınlarda Los-Ancelesdə baş verən yanğın yaratdıgı fəlakətə görə deyilənləri təsdiq edir. Ağılsız siyasət cəhdləri davam etsə, gündəliyə Üçüncü Dünya müharibəsinin də qoyulması baş verə bilər və bu dəhşətli variantın  reallaşması planetin bütünlüklə məhvinə aparıb çıxarardı. Vaxtilə gestapo tərəfindən tutulub həbs edilmiş və 1943-cü ildə dustaqxanada edam edilən görkəmli çex antifaşisti Yulius Fuçikin "Boynunda kəndir asılanın reportajı" əsərində yazdığı "İnsanlar, sayıq olun" çağırışı bu gün həmişə olduğundan, bəlkə də daha aktual səslənir.

Planetin taleyi səlahiyyət sahibləri olan xırda bir qrup insanın əlindədir. Dünya, arası kəsilməyən müharibələrə cəlb olunmaqla, həm də təbiətə izafi təzyiq göstərməklə öz məhvinə yaxınlaşa və ya onu sürətləndirə bilər. Bəşəriyyət, özünün daha xoşbəxt gələcəyi naminə təbiət adlanan öz evini hər cür təhlükələrdən qorumalıdır. Rahat yaşamağa öyrənmiş insan öz doğma evinə azacıq da olsa təhlükə törətmək kimi ağılsız fikirə düşsə, birinci növbədə üstündə oturduğu budağı kəsməklə, özünü daha ağır problemlərlə üzləşdirəcəkdir. Böyük inkişaf yolu keçmiş və homo sapience adlanan müdrik insan  buna yol verməməlidir, əks təqdirdə, bu, özünün məhvinə aparan intihar qaydasındakı sərsəm bir hökmü icra etmək xarakteri daşıyacaqdır.

SON
11.01.2025-ci il

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Maşını 2 azyaşlı olan avtomobilin üzərinə sürüb qorxulu anlar yaşatdı VİDEO

07 Aprel 2025 10:01see133

Premyer Liqa futbolçusu əməliyyat olundu mövsümü erkən bitirib

06 Aprel 2025 00:07see127

Bakı bazarında qiyməti “od tutub yanan” meyvələr

07 Aprel 2025 01:42see123

Mask Avropada terror təhlükəsi barədə xəbərdarlıq etdi

06 Aprel 2025 03:36see122

Dedik güldük, dalaşdıq, indi iş vaxtıdı, Abasov! YAZI

07 Aprel 2025 00:54see119

HƏMAS İsrailə raket atdı Yaralılar var gərginlik artır

07 Aprel 2025 01:10see119

Bacısı qızının toyuna gedən şəxs öldü

05 Aprel 2025 23:20see119

Britaniyadan olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib

06 Aprel 2025 08:22see117

Fidandan müxalifət liderinə CAVAB

06 Aprel 2025 21:30see117

Sabah Kəpəz ə qarşı

06 Aprel 2025 09:00see117

Əhalinin diqqətinə: Sabah Bakının iki qəsəbəsində işıq olmayacaq

06 Aprel 2025 19:48see116

“Kəpəz” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı YENİLƏNİR

06 Aprel 2025 08:23see114

Virus insanlara keçə bilər BÖYÜK TƏHLÜKƏ

06 Aprel 2025 17:31see114

Liqa 1 tarixinin rekordu

06 Aprel 2025 15:49see113

Gəncədə 23 yaşlı kişi bıçaqlandı, şübhəli şəxs saxlanıldı KONKRET

06 Aprel 2025 10:16see109

Ceyhun Sultanov: Santuş ad olaraq gəlib, lakin ortada bir iş yoxdur

06 Aprel 2025 22:27see108

Aeroport şosesində yol qəzası sıxlığa səbəb olub

05 Aprel 2025 23:50see107

Rusiya: Ukraynada atəşkəslə bağlı məsələləri həll etmək lazımdır

07 Aprel 2025 15:51see106

Mançester derbisində səssizlik VİDEO

06 Aprel 2025 22:37see105

“Azərbaycanın müstəqilliyinin ilk illərindən ABŞ onun enerji ambisiyalarına davamlı dəstək verib” Hüqo Gevara

05 Aprel 2025 23:44see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri