Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Qızılın SON qiyməti

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Təbiətə münasibət mədəniyyətin səviyyəsi ilə...

Təbiətə münasibət mədəniyyətin səviyyəsi ilə...

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər, bəlkə də bir aydan çoxdur ki, Bakıda, əsasən tut, qarağac və digər ağacların yarpaqlarına qurd darışıb. Çağırılmamış bu ziyanverici həşaratlar  ölçü-biçi baxımından kiçik, lətif görünsələr də vurduqları ziyanın həcmi demək olar ki, böyükdür. Ekoloqların, bioloqların, ətraf mühitlə bağlı ölkəmizdə xeyli sayda yaradılmış qeyri-hökumət təşkilatlarının varlığına baxmayaraq, yaşıllığa qənim kəsilən həşaratların, bəşər övladına oksigen verən yarpaqların paytaxtda "soyqırımını" acı təəssüf ki, müşahidə etməkdəyik. Yuxarıda heç də əbəs yerə sözügedən sahə ilə bilavasitə məşğul olanların bu istidə "həvəslə" təbiətə və ətraf mühitə "canıyananlığını" təsadüfən qeyd etmədik. Təbii ki, siyahını artırmaq da olardı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Yaşıllaşdırma İdarəsi, Sanitariya və Epidiomologiya İdarələri, şəhər, rayon İ.H-ləri və sair və ilaxır. Bilinən odur ki, gözümüz görə-görə hazırda Bakı Şəhəri, Nizami Rayonun ərazisində ziyanvericilər xeyli sayda ağacların yarpaqlarına darışıblar. Belə gedərsə payızı sarı-qırmızı yarpaqlarla deyil, hələ yay fəsli çıxmamış yaşıl örtüyü gəmirən qurdların ucbatından quru və qurdlu budaqlarla görəcəyik. Demək olar ki, bu həşəratlar artıq payızı və qışı erkən gətiriblər. Hələ yaykən yaşıl örpəksiz quru budaqlarla təəssüf ki, rastlaşırıq.

Bəlkə yanılıram: amma mənə elə gəlir ki, demək olar hər gün rastlaşdığımız ağacların yarpaqlarını həşaratların məhv etməsi şəhər sakinlərinin xeyli qisminin eləbil heç vecinə də deyil. "Sakinlərin xeyli qisminin eləbil heç vecinə də deyil" kəlməsi lap "Şərikli çörək" filmindəki Qırçı Məhəmmədin nahar fasiləsi zamanı (əslində acdığına görə) özüylə danışarkən, — "Əşi, cəhənnəmi ki" ifadəsi haradansa beqafıl yadıma düşdü (orasını deyə bilmirəm). Ancaq bircə onu bilirəm ki, istilər düşəndən bəri Şəkidə, işğaldan azad olunan ərazilərdə otlaq sahələrin, biçənəklərin, çölün-çəmənin od tutmasının, meşə yanğınlarının qarşısını almaqda hüquq-mühafizəsi orqanları, habelə FHN-nin əməkdaşları fədakarlıq göstərirlər. Əhali arasında maarifləndirmə və təlimatlandırma müntəzəm olaraq aparılmaqdadır. Ətraf mühitə, fauna-floraya ziyan vuranlar güc strukturlarının birgə səyi ilə təqsirkarlar müəyyən edilir və onlara qarşı qanuna müvafiq ölçü götürülür. 

Təbiətə — bizi yaşadan yaşıl varlığa ziyan vuran nə varsa; istər şəxs(lər), istərsə həşaratlar, habelə yarpaqları məhv edən ziyanvericilər də nəticə etibarı ilə eyni missiyanı yerinə yetirirlər. Nəticədə, ətraf mühitə dəymiş itki, belə demək mümkünsə eynidir. Toplananlarda rəqəmlərin yerini dəyişmək yekun nəticəni dəyişmir. Yəni, birisi bilərəkdən və ya bilməyərəkdən (məsuliyyətdən azad etmir) əkin sahəsinə od vurur, o birisi yeyib-içmək üçün dağın döşündə, çay  kənarında, digərləri meşə ətrafında gözəgəlimli yamaclarda ocaq qalayır, kabab bişirir, samovar dəmləyirlər. Bəh-bəhlə yeyib-içəndən sonra, çox vaxt zir-zibillərini ətrafa dağıdırlar, bəzən də sellofanlara yığırlar. Bəzi ölkələrdə satışı qadağan olunmuş, bir sıra inkişaf etmiş ölkələrdə sıradan çıxarılmış həmin sellofan torba-paketlərə zibillərini yığan "vətənpərvərlər" həmin paketi tolazlayırlar çaya, yerdə qalan zir-zibillərini isə hara gəldi atırlar. Təəssüf ki, belə mənzərələrlə tez-tez rastlaşırıq.

Söz düşmüş və yeri gəlmişkən iki mühüm faktı hörmətli oxucuların nəzərinə çatdırmaq istəyirəm. AZTV-nin keçmiş əməkdaşı, şair mərhum Məmməd Aslan müəllifi və aparıcısı olduğu məlum verilişinin birində səsləndirirdi ki, "Krımda sənət dostlarıyla birlikdə dağ döşündə, meşənin ortasında — könül oxşayan bir guşədə əyləşmişdik. Başımızı açmaq istəyirdik. Hazırlıqlı idik. Azuqəmizi də özümüzlə götürmüşdük. Elə yenicə ocaq qalamaq istəyirdik ki, başımızın üstünü çalağan quş kimi helikopter aldı: bir göz qırpımında; ocağın alovlanmağına imkan və aman vermədən. Baxmayaraq ki, həmin ölkənin də sənət adamları bizimlə birgə idi. Hamımızı əllərimiz arxamızda helikopterə mindirdilər". Mərhum M.Aslan canıma üşütmə salan fikirlərini davam edərək deyirdi: "Qədrini yaxşı bilməmişik, ay dağlar, ay yamaclar, ay sərin bulaqlar, ay zümrüd meşələr... Harda gəldi torpağın humus qatını yandırmışıq, zədələmişik, korlamışıq..."

Xalq Artisti mərhum Aygün Bəylərin "Tut ağacım" mahnısındakı "...Neçə körpə budağını mən əzmişəm?" sətirlərinin həzin və kövrək xatirəsi mərhum M.Aslanın "ay dağlar, ay yamaclar, ay sərin bulaqlar, ay zümrüd meşələr..." ifadəsilə üst-üstə düşür, Uca Tanrının Kəlbəcərə bəxş etdiyi misilsiz təbiət gözəlliyini, onun qədir-qiymətini zamanında heç də hamılıqla bilmədiyimizə görə şairin yana-yana, heyfsilənərək, nəhayətdə çoxsaylı izləyicilərinə səslənərək nisgilli tərzdə eyhamına səbəb olmuşdur.

Sözügedən mövzu ilə bağlı bəndənizə digər əhvalatı illər öncə yeniyetmə çağından tanıdığım Nazim Qurbanov danışıb. Onun dediyinə görə, Soçiyə istirahətə gedibmiş. İstirahət mərkəzində qeydiyyatdan keçib, təyin olunmuş otağında libasını dəyişib. Ləngimədən həyətə düşüb. İstirahət mərkəzinin gül-çiçəklə əhatələnmiş həyətində baş-başa verən əzəmətli ağacları heyranlıqla seyr etdiyi zaman qeyri-ixtiyari olaraq yaşıl çətirə bənzəyən ağacın yarpaqlarına əl uzadaraq birini dartıb qoparıb. Elə bu an ondan arxa tərəfdə oturacaqda əyləşmiş "babulyaların", yəni nənəmiz yaşında ahıl qadınların uca səslə, sanki xor ifa edirmişlər kimi, həmin adamın ünvanına arasıkəsilməz nalayiq ifadələr və təhqirlər yağdırıblar. Özünü itirmədən və arxaya baxmadan oradan sürətlə uzaqlaşıb. Deyir ki, əgər arxaya baxsaydım onlar simamı yadda saxlayacaqdılar. İstirahət mərkəzindəki növbəti günlərdə isə  aqibətim heç də yaxşı olmayacaqdı. Bunu artıq özü üçün təxmin edibmiş. Həmin gün ehtiyat edərək mərkəzin yeməkxanasına belə yaxınlaşmayıb. Ehtiyatı əldən verməmək üçün şam yeməyini belə digər restoranda edib. 

Hörmətli oxucuların diqqətinə iki oxşar hadisəni çatdırmağa çalışdıq. 70-80-ci illər arasında şair M.Aslanın sözünə rəğmən dağın döşündə hələ təbiətə heç bir ziyan vurmadıqları halda (ocaq qalanandan, yemək-içməkdən sonra, nə dəsən ola bilərdi) öncədən hüquq mühafizə əməkdaşları sənət adamlarını "zərərsizləşdiriblər". Biz də isə?!. İkinci məqam gənc həmyerlimizin yad ölkədə istirahət mərkəzlərinin birində olarkən, ağacın bir yarpağını belə dartıb qopartmasına yerli yaşlı qadınların dözməyərək ona qarşı təhqir dolu sözlər və şiddətli münasibət göstərərək "Sənin kimi kənardan gələnlərin hər biri gündə bir yarpaq qopartsa təbiətimizin, yaşıllığımızın axırı necə olar?" reaksiyası olub. Aradan uzun illər ötməsinə baxmayaraq, həmyerlimizə haqlı olaraq şiddətli tərzdə mövqeyini bildirən qadınların kəskin sözləri bugünədək soydaşımızın yaddaşında ömürlük həkk olunub.

Bəs, görəsən, paytaxtımıza gələn hansısa qonaq (hələ turistləri demirəm) ağac yarpağını dartıb qopararsa ona kimsə "gözün üstə qaşın var" deyərmi?" Dənizkənarı Bulvar ərazisində kamera çəkilişi, eyni zamanda qurum işçilərinin gecəli-gündüzlü nəzarətindən xəbərdarıq. Təsəvvür edək: bütün bunlar olmasaydı ərazidə nələr  baş verərdi? 

Bizdə isə... 

Bizdə acı təəssüf ki, ictimai qınağı ictimai qeybət əvəzləyib. Və ictimai qınaq yox dərəcəsində olduğu üçün yük düşüb yalnız polisin çiyinləri üzərinə. Beləcə, bir üsul və bir çarə də cərimədir. Polisin yükünü azaltmaq üçün gənc və fəal tələbələrdən, qazilərdən, müharibə veteranlarından, müəllimlərdən, jurnalistlərdən təmsil olunmuş qurum yaradılması yaxşı olardı. İctimai qınağın bərpa edilməsinə zəruri ehtiyac da artmaqdadır. Bu tərkibdə qurumun yaranması Xəzərin sahilboyu ərazilərindən tutmuş, bütün şəhər və kəndlərimizin ətraf mühitin qorunmasına, maarifləndirmə işinin keyfiyyətcə yeni mərhələsinə gətirib çıxarmaqla yanaşı, ictimai qınağın bərpasına köklü zəmin yaradar.

Yuxarıda da qeyd etdiyimiz kimi, ağacın bir yarpağının qoparılmasına ciddi narahatlıq keçirən, buna görə sözügedən ölkədə həmyerlimizə kəskin münasibət bildirən həmin qadınlarla müqayisədə necə, bizim ölkəmizdə bu cür canyanğılı davranışı kiməsə görmək müyəssər olubmu? Bax, artıq onu deyə bilmərəm!.. 

Paytaxtda ziyanverici qurdların ağaclara darışmasını, saysız-hesabız yarpaqları məhv etməsini, görəsən, sakinlər birgə olaraq aidiyyəti qurumlara ardıcıl şəkildə məlumatlandırıblarmı? Onu da deyək ki, yalnız bəzi telekanallarda bu məsələ qismən də olsa işıqlandırılıb. Əgər cəmiyyətin xeyli kəsimi təbiəti, yaşıllığı məhv edən ziyavericilərə qarşı biganədirsə, aidiyyatı qurumlar da yaşıllığa qənim kəsilən ziyavericilərə qarşı mübarizədə səfərbər deyilsə, bəs bunun günahını harada axtaraq?..

QEYD: Yazıya hazırlıq ərəfəsində yolum metrodan düşdü. Ağacların pəjmürdə halı beynimdə dolaşırdı. COP29 zamanı ərazi üzrə ən mühüm nəqliyyat qovşaqlarından biri kimi fəaliyyət göstərən metronun "Koroğlu" stansiyasında qatar gözləyərkən, özüm də bilmədən vacib bir məlumat lövhəsiylə üzbəüz dayanmışdım. Orada yazılırdı: "GƏLƏCƏK BİZİMLƏ GƏLƏCƏK! Bir ağac ildə 120 kiloqrama yaxın oksigen 

Istehsal etməyə qadirdir. Bu, üç nəfərdan ibarət bir ailənin illik tənəffüsüdür!


XÜSUSİ QEYD: Təbiətə münasibət mədəniyyətin səviyyəsiylə ölçülür. Unutmamalıyıq ki, biz təbiətin ağuşundayıq. 


Hikmət İSLAMOĞLU, AYB-nin üzvü


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 Avqust 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see420

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see238

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see220

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see213

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see213

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see210

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see205

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see201

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see199

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see188

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see187

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see185

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see184

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see183

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see182

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see181

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see180

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see173

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see170

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri