Icma.az
close
up
RU
Canlı təbiətə qarşı terror

Canlı təbiətə qarşı terror

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkəmizdə təbiətə, meşələrə münasibət dövlətimiz tərəfindən hər zaman diqqətdə olub. Ekolji tarazlığı qorumaq baxımından diqqətdə saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2003-cü il tarixli Sərəncamı ilə meşələrin bərpa olunmasına və artırılmasına dair Milli Proqram təsdiq olunmuşdur. Bu proqrama əsasən, ildə orta hesabla 10 min hektar sahədə yeni meşələr salınıb və meşə bərpa tədbirləri həyata keçirilib. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2010-cu il "Ekologiya ili" elan edildi. Bütün bunlarla yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Hərəyə bir ağac əkək!" çağırışı nəticəsində respublikamızın hər yerində yaşıllaşdırma sahəsində çox böyük işlər görülmüşdür və bu ənənə halını alıb. Təbii ki, bu addım da meşələrin artırılmasında böyük rol oynayır.

Təbii ki, təbiətə qayğı hər kəsdə olmalıdır. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanıb. Respublikamızın meşə fondu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14%-ni təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021min hektardır ki, bu da respublika ərazisinin 11,8 %-ni əhatə edir. Demək, Azərbaycanın meşə fondu kifayət qədər ərazini əhatə edir. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycanın sosial-iqtisadi, mədəni, müdafiə sahəsindəki inkişafında da əhəmiyyətli rola malikdir.

"SİZ HƏR BİR AĞACIN QORUNMASI UĞRUNDA MÜBARİZƏ APARMALISINIZ..."

İnsan təbiətin bir parçası, bir hissəsi və onun ən ali üzvüdür. Bioenergetik varlıq olan insan təbiətlə birgə təmasdadır, yaşayır və inkişaf edir. Demək, təbiətsiz canlı varlıqlar, insan məhv olar. Təbiətə gözəllik, yaraşıq verən, onu zənginləəşdirən isə meşələridir. Bu da bizim sağlamlığımız üçün çox vacib şərtlərdən biridir. Biz yaşıllığı nə qədər çox artırsaq hava o qədər təmiz olar, meşələrin qırılması təbiətin məhvi deməkdir. Meşələrin qırılması oksigenin azalmasına, ekologiyanın pozulmasına gətirib çıxarır ki, bu da təbiətin məhvi deməkdir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də, siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...".

Əlbəttə ki, ermənilərin Azərbaycanın flora və faunasına vurduğu ziyan canlı təbiətə böyük bir zərbədir və bu vəhşilikdir. Bir ağacı becərmək, ərsəyə gətirmək onilliklərin hasabına mümkün olduğu halda, bir neçə saat ərzində canlı təbiətə təcavüz edən ermənilər onu məhv ediblər. 1969-cu ildə yaradılan Qubadlı Dövlət Təbiət Yasaqlığının 1988-ci ildə sahəsi 8500 hektar olduğu halda, 2020-ci ildə bu 6923 hektar olub. 1577 hektarı erməni təcavüzkarları dağıdaraq, bunu talan ediblər. Laçın Dövlət Təbiət Yasaqlığı. Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı erməni təcavüzünə məruz qalıb.

"NADİR ÇİNAR MEŞƏSİNDƏN CƏMİ 42 HEKTAR QALIB"

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə külli miqdarda ziyanlar vurulub. Belə ki, 30 ilə yaxın bir zamanda işğalda olan Kəlbəcər, Laçın, Zəngilan kimi ərazilərdə meşələr vəhşicəsinə qırılaraq talan edilmişdir. Orada bitən çox qiymətli palıd, fısdıq, vələs, ağcaqayın, ayı findığı, qoz, şərq çinarı kəsilərək Ermənistana daşınmışdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "İndi azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar. Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir". Dövlət başçısı azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət qoruqları və yasaqlıqların da olduğunu bildirib: "Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunub və bütün ağaclar qırılıb. Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, Avropada unikal meşə sayılır və burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu, onu göstərir ki, onlar başa düşürdülər və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar. Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi dağıdıblar, məscidlərimizi dağıdıblar, meşələrimizi də dağıdıblar. Nadir çinar meşəsindən cəmi 42 hektar qalıb".

Kəlbəcər ərazisində adı "Qırmızı Kitab"a salınmış neçə-neçə flora faunamıza aid olan qiymətli nümunələr var. Adı "Qırmızı Kitab"a salınmış Kəlbəcər rayonunda yerləşən ayıfındığı növündən ibarət 968 hektar meşə qırılaraq mebel istehsalı üçün Ermənistana göndərilmişdi. Erməni separatçı qüvvələri tərəfindən ekoloji tarazlığın pozulmasını əks etdirən reallıqlardan biri hələ sovetlər birliyində yaşadığımız illərdə Ermənistan tərəfindən Qarabağın Topxana meşəsində qiymətli ağacları vəhşicəsinə qırılması faktıdır.

Erməni təcavüzkarları işğal illərində Azərbaycanın meşə örtüyünün sistemli şəkildə məhv edilməsindən "doymayan" ermənilər 44 günlük müharibə zamanı Qarabağın ekologiyasına bir daha zərbə vurdular. Ermənilərin fosfor bombalarından istifadə etməsi nəticəsində baş verən yanğınlar meşə massivlərinin geniş ərazisini əhatə etdi. Hərbi əməliyyatların dayandırılması haqqında saziş bağlandıqdan sonra isə ermənilər möhlət hüququndan istifadə edərək Kəlbəcərdə tələm-tələsik meşələri qırmağa və evləri yandırmağa başladılar.

Bütün bunlara baxmayaraq, Azərbaycana məxsus olan və təbiətin sağlamlığına təsirini göstərən qoruq və yasaqlıqlar bu gün yenidən bərpa olunur. Qeyd etdiyimiz kimi, biz təbiətin bir parçasıyıq. Onu qorumaqda hər kəs məsuliyyətlidir. Ölkəmizi, dünyamızı yaşıllıqlara qərq etməliyik. Əbəs deyil ki, müasir dünyamızı narahat edən məsələlər sırasında zəngin və fərqli ətraf mühitin, planetimizin qorunması diqqətdədir. Beynəlxalq ictimaiyyət, siyasi və elmi dairələr ətraf mühitlə bağlı problemlərin həllində maraqlıdırlar. Dünyada yaşayan insanlar ekoloji problemlərə xüsusi önəm verərək planetimizə görə məsuliyyət daşıyırlar. Bioloji müxtəlifliyin, həyatımızı sağlam, maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub saxlanmasına hər kəs, bütün dünya ictimaiyyəti töhfələrini verməlidir.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 İyul 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see457

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see381

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see373

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see366

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see324

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see279

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see242

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see241

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see233

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see200

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see191

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see189

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see184

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see184

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see173

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see172

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see172

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see171

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri