Icma.az
close
up
RU
Təbiətin amansız dərsi: Bir tərəvəz Avropada bir ölkəni necə məhv etdi?

Təbiətin amansız dərsi: Bir tərəvəz Avropada bir ölkəni necə məhv etdi?

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Genetik müxtəliflik canlı növlərinin yaşaması üçün ən mühüm mexanizmlərdən biridir. Bu təbii qanunun pozulması isə bəşəriyyət üçün dəhşətli nəticələrə gətirib çıxara bilər. Məhz belə bir hadisə bir Avropa ölkəsinə ağır dərs verib və həmin xalq bu dərsin izlərini bu günə qədər daşıyır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes” üçün yazısında amerikalı təkamül biologu Skott Trevers yazıb.

Amerikanın kəşfindən sonra gələn "möcüzə” tərəvəz

Amerikanın kəşfindən təxminən 500 il əvvəl Avropada indiyədək tanınmayan bir çox bitkilər yetişdirilməyə başlanıb. Onlardan biri də Cənubi Amerikanın And dağlarından gətirilmiş tərəvəz olub - kartof. 

Bu bitki möcüzə hesab olunurdu: bol qida maddəsi daşıyırdı, asan becərilirdi və müxtəlif iqlimlərə uyğunlaşa bilirdi. İspanlar onu Avropaya gətirdikdən sonra kartof qısa müddətdə bütün qitədə yayılıb.

Fəlakətin astanasında

Skott Trevers yazır ki, artıq XVIII əsrdə kartof Avropanın bir çox bölgələrində geniş şəkildə becərilirdi, XIX əsrdə isə əsas kənd təsərrüfatı məhsullarından birinə çevrilib. Xüsusilə zəif torpaqlara və sərin iqlimə malik ərazilərdə yaşayan xalqlar bu bitkini xilasedici sayıblar. Çünki taxıl bitkilərinin becərilməsi burada çətin olub, lakin kartof üçün şərait ideal imiş. Beləliklə, yüksək məhsuldar və qidalı olan kartof bəzi xalqların, xüsusilə irlandların gündəlik əsas ərzağına çevrilib.

XIX əsrin əvvəllərində artıq İrlandiya əhalisinin yarısına yaxını qidalanmasını demək olar ki, yalnız öz bağlarında yetişdirdikləri kartofla təmin edib. Bir çox ailələr başqa heç nə əkib-becərməyib

Trevers yazır ki, qidalanma baxımından bu, tam da mənasız olmayıb, çünki kartof karbohidrat, C vitamini, kalium və süd məhsulları ilə birlikdə qəbul edildikdə kifayət qədər zülal da təmin edir. Lakin bu dərəcədə bir məhsuldan asılılıq uzun müddətli dövrdə faciəyə çevrilib.

Katastrofa

1845-ci ildə İrlandiyada bitkiləri məhv edən yeni bir xəstəlik yayılmağa başlayıb. Kartof yarpaqları qaralıb və quruyub, kök yumruları yumşalıb qəhvəyi rəng alıb və pis qoxu yaymağa başlayıb. Bir neçə həftə ərzində xəstəlik bütün ölkəyə yayılıb.

2013-cü ildə "eLife” jurnalında dərc olunmuş araşdırmaya görə, bu fəlakətin səbəbkarı "Phytophthora infestans” adlı su kifinə bənzər göbələk olub. Onun mənşəyi Meksikanın dağlıq bölgələrinə gedib çıxır və ehtimal olunur ki, bu orqanizm Yeni Dünyadan gətirilən yoluxmuş kartoflarla İrlandiyaya daxil olub.

Skott Trevers yazır ki, İrlandiyanın rütubətli və sərin iqlimi bu orqanizm üçün ideal mühit idi. Lakin faciənin əsas səbəbi başqa olub – bütün İrlandiya boyunca eyni növ kartof əkildiyindən, genetik baxımdan bir-birinin eyni olan bu bitkilərin hamısı infeksiyaya qarşı müdafiəsiz qalıb.

1846-cı ilin sonuna qədər İrlandiyanın demək olar ki, bütün kartof tarlaları xəstəlikdən məhv olub. Britaniya müstəmləkə hakimiyyətindən lazımi yardım ala bilməyən ölkə dərin aclığa qərq olub.

Fəlakətin nəticələri

1841-ci ildə 8 milyondan çox əhalisi olan İrlandiyanın əhalisi on il sonra 6 milyondan da aşağı düşüb. Tarixçilərin hesablamalarına görə, ən azı 1 milyon insan aclıqdan həyatını itirib. Minlərlə irland isə ada ölkəsini tərk edərək, xüsusilə Amerikaya köç edib.

Kartof qıtlığı sonradan aradan qaldırılsa da, köç dalğası onilliklər boyu davam edib və növbəti yüz ildə İrlandiyanın əhalisi 4 milyona qədər azalıb – bu, aclıqdan əvvəlki dövrlə müqayisədə yarıbayarı az idi.

XX əsrin ikinci yarısında əhali yenidən artmağa başlasa da, İrlandiya bu günədək 1841-ci ilin səviyyəsinə çatmayıb. Hazırda adada ümumilikdə 7 milyon nəfər yaşayır, onlardan 5,4 milyonu İrlandiya Respublikasında, qalanı isə Böyük Britaniyaya daxil olan Şimali İrlandiyada məskunlaşıb.

Elm adamının nəticəsi

Skott Trevers qeyd edir ki, İrlandiya faciəsi canlı orqanizmlərdə genetik müxtəlifliyin yaşamaq üçün nə qədər həyati əhəmiyyət daşıdığını sübut edib. Genetik baxımdan eyni olan populyasiyalar xəstəliklər qarşısında tamamilə müdafiəsiz qalır.

"İrlandiyada baş verən hadisə göstərdi ki, genetik eynilik Phytophthora infestans üçün heç bir maneə yaratmadı – bir yoluxmuş bitkidən çıxan sporlar bir neçə gün ərzində minlərlə digərini yoluxdura bilirdi", deyə Trevers vurğulayır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri