Icma.az
close
up
RU
Təbii çörək mayası (faydaları və hazırlanılması)

Təbii çörək mayası (faydaları və hazırlanılması)

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Bu gün hamımızın yediyi çörəklərin mayası süni üsulla hazırlanılmış, kimyəvi bir maddədir. Bu maya deyil.

Belə mayadan hazırlanılmış çörəklə təbii mayadan hazırlanılmış çörəyin arasında çox fərq vardır. Süni maya ilə biz öz ömrümüzü qısaldırıq, belə ki süni maya mineral və vitamin sorulmasını ləngidir, bağırsaq mikroflorasını pozur, immun sistemimizi zəiflədir və allergiyaya meyilliyi artırır, amma təbii maya tam bunun əksinə təsir edir və Allahın bizə verdiyi ömrü sağlam yaşamağımıza yardımçı olur.

Keçmişdə həmişə çörəyi təbii xəmirlə qıcqırdıb bişirirdilərsə indi artıq çox insanlar bu mayanın necə hazırlanılmasını bilmirlər. Mən bir neçə üsul yazıram, bu üsulların hansı sizə səmərəlidirsə istifadə edə bilərsiniz.

1. Noxud yarım stekan, un 1 kq, su 7 stekan – deməli noxudu 1 gün öncə yaş saxlayın, sonra qabıqlarını soyub əzin, sonra su və xəmiri əlavə edib yaxşıca qarışdırın, xəmirin 3 dəfə böyüyəcəyini nəzərə alıb bir qaba qoyun, sonra adi otaqda 6-7 saat gözlədin, sonra mayanız hazırdır.

Hazır mayanızdan bir qismini kəsib soyuducada saxlayın, həmişə xəmir qıcqırdanda qıcqırmış xəmirdən də götürüb saxlayıb maya kimi istifadə edə bilərsiniz. Yaxşı olar mayanı dəyirman unundan, kəpəkli undan hazırlayasınız, onda maya daha keyfiyyətli olur.

2. 40 qram mayasarmaşığı qozalarını 2 litr suda dəmləyin, süzün, suyuna 1 kq un qarışdırın, xəmir hazırlayın, 6-7 saat gözləyin, mayanız hazırdır.

3. 50 qram cökə çiçəyini 2 litr suda dəmləyin, süzün, 1 kq unla qarışdırıb xəmir hazırlayın, 6-7 saat gözləyin mayanız hazırdır.
Çalışın, həm uşaqlarınız, həm özünüz təbii mayadan və kəpəkli undan hazırlanılmış xəmirdən bişmiş çörək yeyəsiniz. Bunu, yeyəndən 10 gün sonra öz vücudunuzda hiss edəcəksiniz.

Fizulihuseynov.com

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:391
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri