Təbii fəlakətlər ötən il ABŞyə 182,7 milyard dollar ziyan vurub
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən il ABŞ-yə təbii fəlakətlərdən dəyən zərər 182,7 milyard dollar təşkil edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Milli Ətraf Mühit Məlumat Mərkəzlərinin hesabatında bildirilir.
Məlumata görə, 2024-cü ildə 27 hava və iqlim fəlakəti azı 1 milyard dollar zərərlə baş verib. Fəlakətlər təxminən 568 insan itkisi ilə nəticələnib ki, bu da son 45 ildə fəlakətlərin səkkizinci ən yüksək göstəricisidir. 2024-cü ilin təbii fəlakətlərinin nəticələrinin aradan qaldırılmasının dəyəri təxminən 182,7 milyard dollar təşkil edib.
Hesabata əsasən, 2024-cü il 2017-ci (395,9 milyard dollar), 2005-ci (268,5 milyard dollar) və 2022-ci (183,6 milyard dollar) illərdən geri qalaraq, rekord göstəricilərə görə dördüncü olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 11 Yanvar 2025 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















