Ötən il Almaniyada təbii fəlakətlər sığorta şirkətlərinə 5,5 milyard avroya başa gəlib AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Berlin, 30 dekabr, AZƏRTAC
Ötən il Almaniyada baş verən təbii fəlakətlər (dolu, tufan və fırtına) sığorta şirkətlərinə 5,5 milyard avroya başa gəlib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Almaniya Sığorta Sənayesi Baş Assosiasiyasının (GDV) məlumatına görə, il ərzində əmlak sığortası üzrə 4,5 milyard avro məbləğində sığortalanmış zərərlər qeydə alınıb. Bunun 2 milyard avrosu fırtına və dolu, 2,5 milyard avrosu isə güclü yağışlardan sonra yaranan daşqınlar nəticəsində yaranan ziyanı əhatə edir. 2024-cü ildə avtomobil sığortaçıları üçün zərər orta səviyyədən bir qədər aşağı - təxminən bir milyard avro olub.
Bu il Almaniyanın cənub və cənub-qərb hissələrində genişmiqyaslı daşqınlar baş verib. Belə ki, mayda Saarland və Reynland-Pfalts əyalətlərində sığortaçılar 200 milyon avro dəyərində ziyan qeydə alıblar. İyunda isə Bavariya və Baden-Vürtemberq əyalətlərində daşqınlar olub.
Almaniyada sığortaçılar bir qayda olaraq, hesabatları növbəti ilin yazında apardıqları üçün dəymiş zərərin həcmini yalnız bundan sonra dəqiqliklə açıqlaya bilirlər. 2023-cü ildə Almaniyada sığorta itkilərinin ümumi məbləği 5,7 milyard avro təşkil edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 30 Dekabr 2024 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















