Ötən il təbii fəlakətlər nəticəsində sığorta itkilərinin həcmi 108 milyard dollara çatıb
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci ildə təbii fəlakətlər nəticəsində qlobal miqyasda sığorta itkilərinin həcmi 108 milyard dollar təşkil edib.
AZƏRTAC beynəlxalq sığorta şirkəti “Munich Re”nin açıqladığı hesabata istinadla xəbər verir ki, bu göstərici 2024-cü ildəki 147 milyard dollar səviyyəsi ilə müqayisədə 26,5 faiz azdır. Şirkət qeyd edib ki, ABŞ-ın materik hissəsinin son 10 ildə ilk dəfə qasırğalardan yayınması itkilərin azalmasına təsir göstərib.
Hesabatda vurğulanır ki, sığorta itkilərinin əsas hissəsi daşqınlar, meşə yanğınları və güclü fırtınalar ilə bağlı olub. Bu fəlakətlər üzrə itkilər 98 milyard dollar təşkil edərək son 10 ildə inflyasiya ilə tənzimlənmiş orta göstərici olan 60 milyard dolları xeyli ötüb.
Şirkətin məlumatına görə, 2025-ci ilin ən baha başa gələn sığortalı fəlakəti Los-Anceles meşə yanğınları olub. İkinci yerdə isə mart ayında ABŞ-ın mərkəzi və cənub ştatlarında bir neçə gün davam edən güclü tufanlar qərarlaşıb.
Avropa Ətraf Mühit Agentliyinin ötən ilin iyununda dərc etdiyi hesabatda bildirilib ki, 2015-2024-cü illər arasında qlobal orta temperatur sənayeöncəsi dövrlə müqayisədə 1,24–1,28°C daha yüksək olub ki, bu da həmin dövrü ən isti onillik edib.
Sığorta ilə əhatə olunmayan zərərlər də daxil olmaqla, təbii fəlakətlər üzrə ümumi itkilər 2025-ci ildə 224 milyard dollar təşkil edib. Bu göstərici son 10 ilin orta səviyyəsindən aşağı olmaqla yanaşı, 2024-cü ildəki 368 milyard dollardan da 39,1 faiz azdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Yanvar 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















