Icma.az
close
up
RU
Təbii meyvə şirələri faydalı kimi görünə bilər amma elə deyil Qida eksperti

Təbii meyvə şirələri faydalı kimi görünə bilər amma elə deyil Qida eksperti

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Hazırda gündəlik qidalanmada qazlı içkilər və təbii meyvə şirələrindən istifadə geniş yayılmışdır. Hər iki məhsulun da özünəməxsus zərərli tərəfləri mövcuddur və sağlamlıq üçün riskləri var. Bu səbəbdən onları müqayisə etmək və fərqlərini anlamaq çox önəmlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında qida eksperti Fərid Səfərov qazlı və natural meyvə şirələri arasındakı fərqdən danışarkən bildirdi.

"İlk növbədə qeyd etmək lazımdır ki, hər iki içkidə şəkər miqdarı yüksəkdir. Xüsusilə fruktoza ,təbii meyvə şəkəri böyük dozada qəbul edildikdə orqanizm üçün mənfi təsirlər göstərə bilər. Bundan başqa, qazlı içkilər əlavə olaraq süni dadlandırıcılar, rəngləndiricilər və qaz ilə zəngindir. Bu maddələr mədə-bağırsaq sistemində problemlər yarada, diş minasını zədələyə və asılılıq riski yarada bilər.
Qazlı içkilərin tərkibində çox vaxt yüksək fruktoza siropu (HFCS) olur. Bu maddə qaraciyərin üzərinə əlavə yük qoyur və insulin müqavimətinə, yəni şəkər xəstəliyinə yol aça bilər. Turşuluq isə dişlərin aşınmasına səbəb olur. Mədə-bağırsaq sistemində diskomfort, şişkinlik və qaz yaranması qazlı içkilərin daha bir mənfi cəhətidir".


Ekspert əlavə etdi ki, təbii meyvə şirələri isə daha faydalı kimi görünə bilər amma elə deyil.

"Şirələmə zamanı meyvənin tərkibindəki liflər itirilir. Liflər qanda şəkərin tədricən yüksəlməsinə kömək edir, lakin onların olmaması qan şəkərinin sürətlə artmasına səbəb olur. Məsələn, bir stəkan portağal şirəsi 4-5 portağalın şəkərinə bərabərdir. Bu da qlisemik yükü artırır və sağlamlıq üçün risk yaradır. Bu məqamda vacibdir ki, təbii şirələrin istifadəsi də müəyyən miqdarda saxlanılsın. Onların tamamilə zərərsiz olduğunu düşünmək doğru deyil. Həmçinin, bazarda satılan bəzi "təbii" şirələrə əlavə şəkər və konservantlar da qatılır ki, bu da onların təsirini mənfi istiqamətdə gücləndirir.

Beləliklə, ən sağlam seçim meyvələri bütöv şəkildə qəbul etməkdir. Meyvənin tərkibində olan liflər, vitaminlər və minerallar birlikdə orqanizmin sağlam funksiyasını dəstəkləyir. Susuzluq hissi zamanı isə ən yaxşı içki sudur. Su, həm orqanizmi hidrasiya edir, həm də heç bir əlavə şəkər və ya kimyəvi maddə ehtiva etmir.

Nəticə olaraq, həm qazlı içkilər, həm də meyvə şirələri sağlamlıq baxımından ehtiyatla istifadə edilməlidir. Qazlı içkilər daha zərərlidir və onlardan uzaq durmaq tövsiyə olunur. Meyvə şirələrindən isə az miqdarda və mümkün qədər təbii, əlavə şəkərsiz olanları seçmək məsləhətdir", - deyə Fərid Səfərov qeyd etdi.

Xədicə BAXIŞLI
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Avqust 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri