Təbrik Palace restoranının qarşısında KÜTLƏVİ DAVA VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda şadlıq evinin qarşısında kütləvi dava olub.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Təbrik Palace" restoranının qarşısında baş verib.
Sakinlər belə hadisələrin tez-tez baş verdiyini, bundan əlavə, restoranda keçirilən şənliklər zamanı ətrafa yayılan səs-küydən narahat olduqlarını bildirirlər. Onlar həmçinin iddia edirlər ki, toylar başlayan kimi nə avtomobillərini normal park edə, nə də mənzillərində rahatlıq tapa bilirlər.
Sakinlərin iddialarını restoranın direktor müavini Elçin Abbasxanov cavablandırıb:
"Son hadisənin əks olunduğu videoda restoran işçiləri ilə müştəri arasında baş verən dava görüntülənməyib. Bu hadisə toydan sonra sərxoş qohumlar arasında baş verib. Biz də müvafiq qurumlara dərhal məlumat verdik, sakinlərdən yaranmış narahatlığa görə üzr istəyirik. İnanırıq ki, bir də baş verməz".
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsində bir qrup şəxs arasında baş vermiş insidentlə bağlı ərazi polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və şahidlər dindirilib. Hazırda hadisənin bütün hallarının və başvermə səbəblərinin tam, hərtərəfli araşdırılması istiqamətində zəruri təhqiqat tədbirləri davam etdirilir.
Baxış sayı:180
Bu xəbər 19 Avqust 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















