Təbriz həbsxanasında saxlanılan azərbaycanlı fəal Kərim İsmailzadənin həyatı təhlükədədir
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın tanınmış hüquqşünası Sina Yusifi, Kərim İsmailzadənin durumundan narahatlığını bildirib və Təbriz həbsxanasında həbsdə olan bu azərbaycanlı fəalın vəziyyətinin araşdırılmasını istəyib.
Gunaz.tv
Sina Yusifi bu barədə özünün sosial media hesabında yazıb.
"Azərbaycanlı siyasi fəal Kərim İsmailzadə xəstəliyinə və ağır mədə xorasına baxmayaraq, iki aydan artıqdır ki, Təbriz zindanının 5-ci palatasında qeyri-müəyyən müddətə saxlanılır. O ailəsi ilə görüşmək və normal müalicə almaq hüquqlarından məhrum edilib."
Qeyd edək ki, Kərim İsmailzadə əvvəllər ekoloji fəaliyyətinə və Urmu gölünün qəsdən qurudulmasına etiraz etdiyinə görə həbs cəzasına məhkum edilmişdi, lakin Təbriz həbsxanasında yatdıqdan sonra azadlığa buraxılmışdı.
Bütün bunlarla yanaşı İran rejimi əsassız iddialarla azərbaycanlı siyasi məhbusların ailələrinə təzyiq göstərməyə də çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 29 Aprel 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















