Icma.az
close
up
RU
Təbriz İranda fəallaşdı Bakı hazırdırmı?

Təbriz İranda fəallaşdı Bakı hazırdırmı?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İran Berlindəki səfirini dəyişib.

Yeni səfir Məcid Nili əvvəl Tehranda lazımi rəsmi sənədləri imzalayıb.

Sonra qəfil Təbrizə gələrək Şərqi Azərbaycan qubernatoru Bəhrəm Sərməstlə görüşüb.

İranının rəsmi “Səda və Sima” (İRİB) saytında görüşün fotoşəkilləri, qısa mətni ilə tanış ola bilərsiz.

Görüş çox əhatəli olub. Almaniyadakı azərbaycanlılar mövzusu ayrıca işarələnib.

Qubernator qeyd edib: “Tarix boyu Azərbaycanı, Təbrizi Almaniya ilə geniş əlaqə telləri bağlayıb. Təbriz Ticarət-Sənaye palatası İranda ən iri vergi ödəyicisidir. Tərkibində xarici kapital da var. İranda bunun təktrarını başqa heç yerdə görə bilməzsiniz”.

Sonra qubernator lap dərinə gedib. Deyib: “Bizim Ticarət və Sənaye palatamız, Almaniya ilə əlaqələrin, iqtisadi bağlantıların baş darvazası ola bilər”.

Səfir Məcid Nili Şərqi Azərbaycan qubernatoru Bəhrəm Sərməstlə görüşüb

İndi gəlin bu xəbərləri deşifrələyək.

Qacarlar dövründə İran iki paytaxtlıydı. Xarici nümayəndəliklər, səfirliklər həm Təbrizdəydi, həm də Tehranda.

Vəliəhd Təbrizdə, Bağmeşədəki iqamətgahında əyləşərdi. Şah isə Tehranda.

Səfir Məcid Nilinin Tehrandan sonra Təbrizə getməsi, deyəsən bax bu köhnə Qacar, Səfəviyyə ənənəsini bərpa etmək cəhdidir.

Məcid Nili Təbriz Ticarət-Sənaye palatasının bir növ nümayəndəsi olacaq Almanayada.

Almaniya ilə əlaqələr, xüsusən iqtisadi sahələrdə, Təbrizin ixtiyarına veriləcək.

Beləliklə, indiyədək siyasi, milli sahələrdə Azərbaycana, Təbrizə heç bir haqq tanımayan Tehran hakimiyyəti bir addım geriyə çəkildi.

“Təbriz Sənaye və Ticarət palatası”na müəyyən imtiyazlar verdi.

Almaniya ilə iqtisadi əlaqələr indi Təbrizə həvalə olunur.

Tarix boyu, razıyam, Təbrizin məhz Almniya ilə əlaqələri möhkəm olub.

Ancaq yalnız iqtisadiyyatı əhatələməyib.

Səttərxan hərəkatını vaxtilə təkcə Lenin yox, Almaniya Sosial Demokrat Partiyasının rəhbəri Karl Kautski ilk növbədə müdafiə edib.

Ayrıca məktub yazıb Səttərxana.

Dəstəyini, köməyini nümayiş etdirib.

Sonralar Pişəvərinin Azərbaycan Demokrat Firqəsi təkcə Bakının, Moskvanın çətiri altında fəaliyyət göstərməyib.

Şərqi Almaniyadan, Drezden ilə Leypsiqdən də idarə olunub. Erik Xonekker İran kommunistlərinin məhz Təbriz qolunu-Təqi Ərani xəttini maliyyələşdirib. Bu xəttin “Dünya” dərgisinin uzun fasilədən sonra Drezdendə çapını bərpa edib.

Şərqi Almaniya sosialistlərinin lideri Erik Honekker Təbriz siyasətində özbaşına olmayıb.

Karl Kautskinin Səttərxana verdiyi vədləri sadəcə davam etdirib.

Məsud Pezeşkian Təbrizin bu qədim əlaqə tellərinə bilərəkdən yeni məzmun verir.

Almaniya sosial demokratları ilə siyasi, iqtisadi dialoqu bu dəfə Təbriz Sənaye və Ticarət palatasına verir.

Ənənəni bərpa edir.

Yəni, Təbrizə siyasi, milli azadlıq verməsə də, müəyyən iqtisadi sərbəstlik vermək istəyir.

İki həftə əvvəl Rusiya Federasiyasından Təbrizə böyük biznes nümayəndə heyəti gəlmişdi.

Qubernator Bəhrəm Sərməst rus kaspitalına Təbrizdə geniş imkanlar vəd edib.

İranın Almaniyadakı yeni səfiri Məcid Nili öz etimadnaməsini gördüyümüz kimi əvvəl Təbrizdə təsdiqlədib.

Sonra Berlin təsdiqləyəcək.

Görünür Almaniyadakı təbrizlilərin, azərbaycan türklərinin müstəqilliyi artıq Tehranı qorxudur. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Almaniyadakı nüfuzu görünür Tehran üçün artıq qorxulu mərhələyə keçib.

Cavab tədbiri hazırlanıb.

Ssenari deyəsən qalındı.

P. S.Rusiya ilə Almaniyadan sonra Təbriz mövzusuna Astanadakı Beynəlxalq Türk Akademiyası da cavab verib.

Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin ikicildlik “Təbriz livasının müfəssəl dəftəri” kitabının təqdimatı keçirilib.

BDU-da “Təbriz livasının müfəssəl dəftəri” kitabının təqdimatı keçirilib

Bu barədə AZƏRTAC məlumat verir.

Vacib detalları gözümüzdən qaçırmayaq.

Necə deyərlər, şeytan…yox…həqiqət detallardadır.

Hər üç xəbər rəsmiləşdirilib.

Mətbuatda hallandırılıb.

Rəsmi xəbər agentlikləri tərəfindən tirajlanıb.

Osmanlı arxivlərindəki 18-ci əsrin ilk rübünə aid Təbriz vergi dəftərləri elm və ictimaiyyətin diqqətinə çatdırılıb.

Kitabın üz qabığı subliminal mesajlarla zəngindi. Burda “Təbriz, Ərk qalası, Bakı Osmanlı sultan möhürü” alt-alta düzülüb.

Aqilə bircə işarə də bəsdi.

Təbriz mövzusu yenidən gündəmə qayıdır.

Bakı buna hazırdırmı?

Həmid Herisçi
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri