Icma.az
close
up
RU
Təbrizə hücum buna görə şiddətli olub Güneyli ekspertlər danışdı

Təbrizə hücum buna görə şiddətli olub Güneyli ekspertlər danışdı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında İsrail və ABŞ hərbi qüvvələri İrana hücum edib.

Cenevrədə İran–ABŞ danışıqları müsbət nəticələnmiş, Vyanada 1-2 martda danışıqlar davam edəcəkdi. Bu qəfil hücumun səbəbi nədir?

Globalinfo.az-a danışan güneyli jurnalist yazar Teoman Şahin bildirib ki, danışıqlardan sonra Cey Di Vens müsahibəsində İrandan istədiklərini əldə edə bilmədiklərini bildirdi:

“Trampın keçmişdəki addımlarından gördüyümüz kimi, o, çox səbirli siyasətçi deyil. Onun İrana verdiyi son şansı cümə axşamı idi. Bildiyiniz kimi, bu gün hücuma İsrail başladı, sonra Amerika onu dəstəklədi. Onların məqsədi rejim dəyişikliyidir.

Teoman Şahin

Hazırda Rza Pəhləvidən başqa namizəd görünmür. Amma düşünürəm ki, İranın reaksiyası çox əhəmiyyətlidir. Amerika orada uzunmüddətli müharibəyə girmək istəmir, ona görə də hücumlar intensiv olacaq. Son məlumata görə, onlar ordu rəisini vurublar. Təbrizə də hücum olub. Ərdəmlidə kiçik bir hərbi bazaya zərbə endirilib, lakin Təbrizdəki hücum şiddətli olub. Bunun səbəbi insanların orada əmanətlərini yerləşdirməsidir. Çox kritik bir vaxtdır.

Düşünürəm ki, İran müvafiq şəkildə cavab verəcək, amma vəziyyət pisləşərsə, itirəcək heç nələri qalmayacaq və buna görə də regionda müharibəni başlada bilərlər. Amma Amerika da buna hazırlıqlı gəlib. İran İsrailə 30 raketlə hücum etdi. Çox güman ki, Hörmüz boğazını bağlamağa çalışır. Əbu-Dabi, Küveyt və Behreyndə partlayışlar baş verdiyi bildirilir”.

Güneyli hüquq müdafiəçisi Saleh Kamrani isə deyib ki, bir neçə saatdır ki, İranın bütün ərazisinə hücumlar başlayıb, amma ən çox Təbriz, Tehran, Qəzvin və digər şəhərlərdəki hərbi bazalar vurulur:

Saleh Kamrani

“İran buna cavab olaraq ABŞ-ın regiondakı hərbi bazalarına hücumlar təşkil edib. Trampın dediyinə görə, əməliyyatlar dörd gün davam edəcək. Məqsəd İranın hərbi gücünü və nüvə təhlükəsini aradan qaldırmaqdır. Münaqişənin nə qədər uzanacağını indidən demək mümkün deyil. Rejiminin dayaqlarının bu dörd gündən sonra nə qədər zəifləməsindən asılı olaraq İran xalqı tərəfindən rejim dəyişikliyi baş verə bilər.

İran məsələni uzatmaq və daxildəki etirazları yatırmağa zəmin yaratmaq məqsədilə daha çox ölkəni bura cəlb edə bilər”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Fevral 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri