Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Norveçin yeni kraliçası Mette-Maritinin oğlu zorlama ittihamları üzrə məhkum edildikdən sonra ictimaiyyət qarşısına çıxıb.
OLAY yazır ki, 29 yaşlı Marius Borq Höibi bir neçə gün əvvəl vəfat edən ölkənin əvvəlki hökmdarı V Haraldın dəfn mərasimində iştirak edib. Hazırda işi üzrə apellyasiya prosesini gözləyən və ev dustaqlığında olan Mariusa kralın vəfatı ilə bağlı Osloda keçirilən matəm tədbirlərində iştirak etməyə polis tərəfindən icazə verilib. Ona, xüsusilə, mərhum monarxın tabutunun kral sarayından saray kapellasına aparılmasında iştirak etməyə icazə verilib.
Mette-Marit dəfn kortejinə qoşularaq titulunu qəbul etdikdən sonra ilk dəfə rəsmi şəkildə ictimaiyyət qarşısına çıxıb.
Qeyd edək ki, İyun ayında Norveç məhkəməsi Mariusu iki zorlama ittihamı üzrə təqsirli bilib və onu 4 il müddətinə azadlıqdan məhrum edib. Ümumilikdə məhkəmə prosesi zamanı ona cinsi zorakılıq, hücum və bıçaqla hədələmə də daxil olmaqla 38 ittiham irəli sürülüb. O, fevralın əvvəlindən həbsdə saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 01 Sentyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















