Icma.az
close
up
RU
TƏCİLİ: Bu hərbçilərə ev verilə bilər KONKRET

TƏCİLİ: Bu hərbçilərə ev verilə bilər KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər hərbi qulluqçuların sosial təminatı, xüsusilə mənzil məsələsi cəmiyyətdə tez-tez müzakirə olunur. Bir qrup hərbçi dövlət hesabına evlə təmin olunsa da, bəzi kateqoriyadan olan hərbçilər hələ də bu imkanlardan kənarda qalır. Bu isə onların sosial vəziyyəti ilə bağlı suallar doğurur və gələcəkdə bu problemin həlli perspektivlərini gündəmə gətirir. Maraqlıdır, həmin hərbçilərə gələcəkdə ev verilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırda mənzil alan hərbçilər olduğu kimi, xüsusilə ehtiyatda olan bəzi hərbçilər var ki, onlara ev verilməsi müxtəlif səbəblərlə gecikdirilir.

Ekspertin sözlərinə görə, hərbçi dövlətin və vətənin müdafiəçisidir və dövlət onun maddi təminatını – maaş, sağlamlıq və yaşayış şəraitini öz üzərinə götürməlidir. Üzeyir Cəfərov qeyd edib ki, 2011-ci ildə bu məsələ ilə bağlı Prezident üçün sənəd hazırlanıb və sənəd imzalansa da, kifayət qədər təkmil olmayıb:

“Həmin sənəd əsasən Müdafiə Nazirliyini əhatə edirdi və mənzillər yalnız bu qurumun hərbçilərinə verilirdi. Halbuki Silahlı Qüvvələr təkcə Müdafiə Nazirliyindən ibarət deyil. Müharibədə Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər güc strukturları da iştirak edib. Bu qurumların əməkdaşları haqlı olaraq soruşurlar ki, bəs bizə niyə ev verilmir?”

Üzeyir Cəfərov bildirib ki, bu səbəbdən bir çox hərbçi məhkəmələrə müraciət edib, dövlət və hökumət qurumlarına ərizələr yazıb. Onlara müvafiq fərmanın təkmilləşdiriləcəyi vəd edilsə də, bu günə qədər həmin sənəd yenilənməyib.

Ekspertin sözlərinə görə, hazırda Maliyyə Nazirliyinin rəhbərliyi altında hərbi qulluqçuların mənzillə təmin olunması ilə məşğul olan komissiya fəaliyyət göstərir və bu komissiya hər il iclaslar keçirərək qərarlar qəbul edir. Son həftələrdə keçirilən iclasda 600-dən artıq hərbçinin mənzillə təmin olunması nəzərdə tutulub. Bu məqsədlə 2026-cı ilin dövlət büdcəsindən 35 milyon manat vəsait ayrılıb.

Lakin Üzeyir Cəfərov bu məbləğin yetərli olmadığını vurğulayıb:

“Dövlət hər il ehtiyatda və xidmətdə olan hərbçilərə milyonlarla manat kirayə pulu ödəyir. Daha məqsədəuyğun olardı ki, bu hərbçilər birbaşa mənzillə təmin edilsin, kirayə üçün ayrılan vəsait isə başqa sahələrə yönəldilsin.”

Ekspert hesab edir ki, bütün hərbçilər mərhələli şəkildə mənzillə təmin olunmalı, bu sahədə görülən işlər sürətləndirilməlidir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri