Icma.az
close
up
RU
Təcili: Bu universitetlər Bakıdan kənara köçürülə bilər KONKRET

Təcili: Bu universitetlər Bakıdan kənara köçürülə bilər KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Bakının mərkəzində nəqliyyat və insan sıxlığı günün xüsusilə səhər və axşam saatlarında şəhər həyatına ciddi təsir göstərir. Əsas küçələrdə yerləşən universitet və məktəblərin yaratdığı əlavə hərəkətlilik tıxacların daha da artmasına səbəb olur.

Bəs şəhər mərkəzində yerləşən universitetlərdə təhsilin distant formada təşkili sıxlığın azaldılmasına kömək edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, şəhərin mərkəzində yerləşən ali təhsil müəssisələri ilə yanaşı, bəzi orta məktəblərin də daha kənar ərazilərə köçürülməsi məqsədəuyğundur.

Onun sözlərinə görə, xüsusilə İçərişəhər, Nərimanov və Sahil ərazilərində, eləcə də əsas avtomobil yollarının üzərində və metro stansiyalarının yaxınlığında yerləşən təhsil müəssisələri şəhərdə nəqliyyat və insan sıxlığının artmasına səbəb olur:

“Uşaq məktəbə gəldiyi zaman valideyn də onu gətirməyə məcbur qalır. Bu isə əlavə insan və nəqliyyat sıxlığı yaradır. Nəticədə şəhər infrastrukturu daha çox yüklənir”.

Ekspert qeyd edib ki, beynəlxalq təcrübədə universitetlərin şəhər mərkəzindən kənarda kampus şəklində salınması geniş yayılıb. Onun fikrincə, belə yanaşma həm ali təhsil müəssisələrinin inkişafına, həm də şəhər infrastrukturunun yükünün azaldılmasına imkan verə bilər:

“Universitetlər şəhər kənarında kampus formasında qurulduqda həm təhsil müəssisəsi üçün, həm də şəhərin infrastrukturu baxımından daha əlverişli şərait yaranır. Beləliklə, şəhərdə tıxac və sıxlığın qarşısını müəyyən qədər almaq mümkündür”.

R.Nurəliyev hesab edir ki, hazırda Bakı şəhərinin mərkəzində yerləşən universitetlərdə genişmiqyaslı kampus və yataqxana infrastrukturunun yaradılması məhduddur. Buna görə də ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi alternativ kimi nəzərdən keçirilə bilər.

“İlkin addım olaraq Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin şəhərdən kənara köçürülməsi mümkündür. Bunun üçün yeni ərazilər müəyyənləşdirilməlidir. Məsələn, Yeni Sahil qəsəbəsi, Qobustan, Lökbatan, Suraxanı və Xəzər rayonu kimi ərazilər nəzərdən keçirilə bilər”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, əsas məqsəd şəhərin əsas küçələri üzərində yerləşən ali təhsil müəssisələrinin tədricən daha geniş ərazilərə köçürülməsidir. Bu addımın nəqliyyat yükünün azalması ilə yanaşı, iqtisadi baxımdan da müsbət nəticələr verə biləcəyini bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Sentyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri