TƏCİLİ! Bu ölkədə karantin elan edildi
Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası (KDR) və Uqandada yayılan Ebola qızdırması partlayışını beynəlxalq miqyaslı fövqəladə hal elan edib. Qurum rəsmiləri mövcud vəziyyətin hələlik pandemiya deyil, epidemiya xarakteri daşıdığını xüsusi vurğulayıblar.
Sitat.info xəbər verir ki, hazırkı yoluxma dalğasına virusun "Bundibuqio" ştamı səbəb olub. Narahatlıq doğuran əsas məqam isə odur ki, bu ştama qarşı hələlik təsdiqlənmiş hər hansı effektiv dərman preparatı və ya vaksin mövcud deyil.
Məlumata görə, epidemiyanın yayılma coğrafiyası sürətlə genişlənir. ÜST-ün hesabatlarına istinadən yayılan son xəbərlərdə KDR-in şərqində yerləşən İturi əyalətinin Monqbvalu və Tvampara bölgələrində yeni Ebola partlayışı nəticəsində azı 80 nəfərin həyatını itirdiyi bildirilir. Bir gün əvvəl isə ölü sayının 65 olduğu qeyd edilmişdi. Ekspertlər bölgədə sanitar nəzarətin gücləndirilməsi üçün beynəlxalq birliyi təcili addımlar atmağa çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 May 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















