Icma.az
close
up
RU
TƏCİLİ! Baş nazir istefa verdi Bu ölkədə

TƏCİLİ! Baş nazir istefa verdi Bu ölkədə

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Latviyada son həftələrdə dərinləşən siyasi gərginlik ölkə hökumətinin tam tərkibdə istefası ilə nəticələnib. Baş nazir Evika Silina bu gün, 14 may 2026-cı il tarixində vəzifəsindən istefa verdiyini rəsmən elan edib və prezident Edqars Rinkeviçsə istefa məktubunu təqdim edib. Bu addım koalisiya tərəfdaşı olan “Proqressivlər” partiyasının hökumətə dəstəyi dayandırmasından və müdafiə naziri Andris Sprudsun vəzifəsindən kənarlaşdırılmasından sonra qaçılmaz hala gəlib.

NOCOMMENT.az xəbər verir ki, siyasi böhranın əsas səbəbi mayın 7-də ölkənin hava məkanının ciddi şəkildə pozulması ilə bağlıdır. Həmin gün Latviyanın Rusiya ilə sərhəd bölgəsində yerləşən Rezekne şəhərindəki neft anbarına iki pilotsuz uçuş aparatı (PUA) düşərək partlayışa və yanğına səbəb olmuşdu. Hadisədən dərhal sonra Latviya Müdafiə Nazirliyi və ordusu hava məkanını qoruya bilməməkdə və dronlara vaxtında müdaxilə etməməkdə kəskin tənqid olunmuşdu.

Məsələnin beynəlxalq miqyas almasına səbəb isə Ukraynanın xarici işlər naziri Andrey Sibihanın rəsmi etirafı olub. Sibihanın bildirdiyinə görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin dronlar əslində Ukraynaya məxsus olub və Rusiyadakı hərbi hədəflərə doğru uçub. Lakin Rusiyanın tətbiq etdiyi güclü radioelektron mübarizə (REM) vasitələri dronların idarəetmə sistemini pozaraq onları qəsdən marşrutdan çıxarıb və Latviya ərazisinə yönləndirib.

Ukrayna tərəfi baş vermiş insidentə görə Latviyadan rəsmi şəkildə üzr istəyib və gələcəkdə belə halların qarşısını almaq üçün Baltikyanı ölkələrə, eləcə də Finlandiyaya hava hücumundan müdafiə üzrə mütəxəssislər göndərməyə hazır olduğunu bəyan edib.

Buna baxmayaraq, Latviya daxilindəki müxalifət və bəzi koalisiya üzvləri hökuməti milli təhlükəsizliyi təmin edə bilməməkdə ittiham ediblər. Evika Silina istefa çıxışında yaranmış vəziyyətə görə koalisiya tərəfdaşlarını günahlandırsa da, yeni hökumət formalaşana qədər kabinetin müvəqqəti icraçı funksiyasını yerinə yetirəcəyini bildirib. Prezident Edqars Rinkeviçs isə sabahdan etibarən yeni koalisiyanın qurulması üçün parlamentdəki siyasi partiyalarla məsləhətləşmələrə başlayacaq.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://dogru.az
archiveBu xəbər 15 May 2026 03:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri