Icma.az
close
up
RU
Bu qurumlar Bakıdan kənara köçürülə bilər Deputatdan AÇIQLAMA

Bu qurumlar Bakıdan kənara köçürülə bilər Deputatdan AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

“Tıxaclar bütün böyük şəhərlərin ortaq problemidir və Bakı da istisna deyil. Əhalinin və avtomobil sayının sürətlə artdığı, infrastrukturun isə bu artıma tam uyğunlaşa bilmədiyi bir şəraitdə tıxac problemi qaçılmaz hala gəlir”. 
Bunu Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında bildirib.
O deyib ki, lakin bu problemin tam aradan qaldırılması mümkün olmasa da, onu idarə etmək və azaltmaq mümkündür:
“Son illərdə bu istiqamətdə bir sıra addımlar atılıb. Metro şəbəkəsinin genişləndirilməsi, yeni avtobus zolaqlarının salınması və ictimai nəqliyyatın inkişaf etdirilməsi istiqamətində işlər görülməkdədir. Tramvay və trolleybusların vaxtilə ləğv edilməsi isə bu gün hiss olunan ciddi boşluqlardan biridir. İctimai nəqliyyat saat kimi işləməlidir. 
İnsanlar yalnız bu halda şəxsi avtomobildən imtina edəcək. Bakı yollarında tez-tez rast gəlinən “butulka effekti” – yəni yolun birdən daralması da tıxacların əsas səbəblərindən biridir. Yol eninin standartlara uyğun şəkildə planlanması və alternativ yolların yaradılması vacibdir. Daha bir önəmli məsələ şəhərin funksional mərkəzinin yükünü azaltmaqdır. 
Hazırda bütün dövlət qurumları, universitetlər və digər əsas idarələr mərkəzdə cəmləşib. Bu da həmin ərazilərə hərəkəti çoxaldır”. 
Deputat qeyd edib ki, uzunmüddətli perspektivdə bu qurumların şəhər kənarına, kampus formatında köçürülməsi məsələsi nəzərdən keçirilməlidir:
“Eyni zamanda, nəqliyyat mədəniyyəti də formalaşmalıdır ki, həm sürücülər, həm də piyadalar yol hərəkəti qaydalarına əməl etməli, bir-birinə qarşı anlayışlı olmalıdırlar. Hazırda bu sahədə Prezidentin nəzarəti altında işlər aparılır. 
Parkların artırılması, şəhərin yaşıl məkanlarının genişləndirilməsi, alternativ nəqliyyat vasitələrinin təşviqi bütün bunlar Bakının daha yaşanılan şəhər olması üçün vacib addımlardır. Tıxac problemi kompleks yanaşma tələb edir və bu istiqamətdə görülən işlər davamlı, ardıcıl və planlı şəkildə aparılmalıdır”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Sentyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri