Icma.az
close
up
RU
TƏCİLİ! İranda hər an İNQİLAB baş verə bilər KONKRET

TƏCİLİ! İranda hər an İNQİLAB baş verə bilər KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranda maliyyə böhranı və sosial problemlər fonunda başlayan etiraz aksiyaları getdikcə genişlənməkdədir. Son məlumatlara görə, aksiyalar zamanı Tehran Universitetinin dörd tələbəsi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə İranın “Shargh” qəzeti məlumat yayıb.

Bildirilir ki, saxlanılan tələbələr etirazlarda fəal iştirak ediblər. Xatırladaq ki, bundan əvvəl də yerli media dekabrın 29-da keçirilən aksiyalar zamanı ümumilikdə 11 nəfərin saxlanıldığı barədə xəbər vermişdi.

Son günlər ölkənin müxtəlif şəhərlərində müşahidə olunan etirazlar ilkin mərhələdə iqtisadi çətinliklər, yüksək inflyasiya, işsizlik və sosial ədalətsizlik kimi məsələlərlə bağlı başlayıb. Lakin aksiyaların gedişində səsləndirilən şüarların və tələblərin xarakteri dəyişərək tədricən hakimiyyətə qarşı daha açıq siyasi məzmun almağa başlayıb. Xüsusilə tələbələrin və gənclərin fəallığı diqqət çəkir ki, bu da etirazların potensial olaraq daha geniş miqyas alması ehtimalını artırır.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı nocomment.az-a danışan siyasi şərhçi Asif Şəkərli qeyd edib ki, İranda baş verən etirazlar təsadüfi deyil və uzun müddətdir yığılan sosial-iqtisadi narazılığın nəticəsidir: “Ölkədə iqtisadi vəziyyətin ağırlaşması, milli valyutanın dəyərdən düşməsi, sanksiyaların təsiri və əhalinin alıcılıq qabiliyyətinin kəskin azalması cəmiyyətdə ciddi gərginlik yaradıb. Bu gərginlik xüsusilə ali məktəblərdə və şəhər gəncliyi arasında daha açıq şəkildə özünü göstərir”.

Siyasi şərhçinin sözlərinə görə, etirazların inqilaba çevrilməsi məsələsinə ehtiyatla yanaşmaq lazımdır: “İran cəmiyyətində narazılıq geniş olsa da, hələlik bu narazılığı vahid siyasi proqram və ya alternativ hakimiyyət modeli ətrafında birləşdirən güclü təşkilatlanma mövcud deyil. İnqilab üçün təkcə küçə etirazları kifayət etmir. Bunun üçün siyasi liderlik, ideoloji çərçivə və müxtəlif sosial təbəqələri bir araya gətirən ümumi məqsəd lazımdır. Hazırkı mərhələdə etirazlar daha çox spontan və lokal xarakter daşıyır”.

Bununla yanaşı, ekspert hesab edir ki, aksiyaların davamlılığı və sərt müdaxilələr etirazların miqyasını böyüdə bilər: “Universitet tələbələrinin saxlanılması cəmiyyətdə narazılığı daha da artıra, xüsusilə gənclər arasında radikallaşmanı gücləndirə bilər. Tarixi təcrübə göstərir ki, İranda tələbə hərəkatları bir çox hallarda daha geniş ictimai proseslərin katalizatoruna çevrilib”.

Siyasi şərhçinin qənaətinə görə, yaxın perspektivdə etirazların tammiqyaslı inqilaba çevrilməsi ehtimalı yüksək olmasa da, bu proseslər hakimiyyət üçün ciddi xəbərdarlıq siqnalıdır: “Əgər sosial-iqtisadi problemlərin həlli istiqamətində real addımlar atılmasa və yalnız güc yolu seçilərsə, etiraz dalğalarının daha geniş və nəzarətdən çıxan mərhələyə keçməsi mümkündür. İran hakimiyyəti üçün əsas çağırış cəmiyyətin sosial tələblərinə siyasi repressiya ilə deyil, dialoq və islahatlarla cavab verməkdir, əks halda etirazların sönməsi deyil, dərinləşməsi riski qalır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Dekabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see353

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see317

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see301

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see253

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see249

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see245

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see238

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see226

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see225

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see219

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see215

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see213

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see211

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see209

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see209

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see206

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see205

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see203

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see190

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri