Icma.az
close
up
RU
TƏCİLİ! Ölkədə genişmiqyaslı əməliyyatlar keçirildi KONKRET

TƏCİLİ! Ölkədə genişmiqyaslı əməliyyatlar keçirildi KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyi ölkə üzrə keçirilən son əməliyyatların nəticələrini açıqlayıb.

KONKRET.az xəbər verir ki, mayın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həm ağır cinayətlərin üstü açılıb, həm də külli miqdarda narkotik vasitə və silah-sursat dövriyyədən çıxarılıb. Rəsmi məlumata görə, bir gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin, əvvəlki dövrlərdən bağlı qalan daha 6 cinayətin açılması təmin olunub. Axtarışda olan şəxslərlə bağlı keçirilən tədbirlər nəticəsində ümumilikdə 125 nəfər saxlanılıb. Onlardan 97-si borclu şəxs qismində axtarışda olan şəxslər olub.

DİN bildirir ki, narkotiklərlə əlaqəli 29 fakt aşkarlanıb, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı dələduzluğa görə axtarışda olan 11 nəfər də yaxalanaraq istintaqa təhvil verilib.

Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışa verilən 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Nazirliyin yaydığı digər məlumat isə narkotik dövriyyəsinin miqyasını göstərir. Belə ki, mayın 6-da keçirilən əməliyyat tədbirləri ilə ümumi çəkisi 36 kiloqram 200 qramdan artıq narkotik vasitə və 6958 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Silah-sursatla bağlı əməliyyatlar da diqqət çəkir. Polis əməkdaşları paytaxt və respublikanın müxtəlif rayonlarında 4 avtomat silahı, 5 tüfəng, 10 patron darağı və 1131 ədəd müxtəlif çaplı patron aşkarlayıb.

DİN-dən bildirilib ki, qanunsuz narkotik dövriyyəsi və odlu silahların saxlanılmasına qarşı əməliyyat-profilaktik tədbirlər davam etdirilir. Bu arada, İsmayıllı rayonu sakini, 43 yaşlı Aqşin Behbudovun itkin düşdüyü də açıqlanıb. Bildirilir ki, o, yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb. Şəxsin boyunun 185 sm olduğu, şabalıdı saçlı və arıq bədən quruluşlu olduğu qeyd edilir.

Onu görən və ya barəsində məlumatı olan şəxslərdən DİN-in “102” xidmətinə və ya İsmayıllı Rayon Polis Şöbəsi-nə məlumat vermələri xahiş olunur. Digər bir əməliyyat zamanı isə Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı Sənan Muxtarov saxlanılıb. Ondan 6 kiloqram 765 qram həşiş və marixuana götürüldüyü bildirilir. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 May 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri