Icma.az
close
up
RU
Təcili tədbirlər görülməlidir Yeni məcəllələr qəbul edilməlidir

Təcili tədbirlər görülməlidir Yeni məcəllələr qəbul edilməlidir

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda rəsmi gəlirlər aşağıdır, hə, bu o anlama gəlmir ki, hamı rəsmi gəlirlə dolanır, amma maaş, təqaüd, sosial yardım, vergiyə cəlb olunan rəsmi gəlirlər yetərli deyil.

Bu gün ətraf ölkələrdə fərqli səbəblərdən, amma vətəndaşların çox sürətlə artan gəlir dönəmini yaşayırıq.

Rusiyada Ukrayna müharibəsi, Kremlin təcavüzkar və işğalçı davranışları “savaş gəlirlərini” xeyli artırıb. Yüz minlərlə insan ordudadır, müqavilə ilə yazılıb, ilk müqavilə bağlayarkən 500 min rubl, sonra hər ay 205 min rubl (zabitlər daha çox) maaş alırlar. Yaralananlara 1 mln. rubl, həlak olanların ailələrinə 7-12 mln. rubl (federasiya subyektinə görə dəyişir) ödənişlər edirlər. Hərbi-sənaye kompleksi 5-7 dəfə istehsalı artırdığına görə işçi qüvvəsi çatışmır, işsizlik 2,7%-ə qədər azalıb. Aqrar sektorda da maaşlar artıb, məsələn, bu gün çiyələk, pomidor, və s. meyvə-tərəvəz toplayan şəxslərə günlük 5000-7000 rubl arası ödəniş edirlər.

Gürcüstanda iqtisadi artım çox sürətlənib, 2025-ci ilin 1-cü rübündə ÜDM 9,8% artıb, həmin müddətdə orta aylıq əmək haqqı 2170 lari, yəni, 1362 manat olub. Vergilər aşağı olduğundan Gürcüstanda kiçik biznes sürətlə inkişaf edir – ildə 500 min lariyə qədər dövriyyəsi olan (yəni, 313 min 653 manat) kiçik biznes, dövriyyəsindən cəmi 1% vergi ödəyir. İldə 30 min lari (18 min 819 manat) və daha aşağı dövriyyəsi olan ümumiyyətlə vergi ödəmir. Dövriyyəsi 500 min laridən 1 mln. lariyə qədər olanlar isə əməliyyat xərclərini çıxdıqdan sonra cəmi 3% dövriyyədən vergi ödəyirlər. Belə çox cəlbedici vergi sistemi Gürcüstanda 500 minə yaxın insanın kiçik sahibkar olmasına, çox yaxşı pul qazanmasına səbəb olub.

Gürcüstanda işsizlik, demək olar ki, yoxdur, təhsili və peşəsi olmayan belə tikintidə ən aşağı günə 80 lariyə (50 manat) iş tapa bilir. İşçilər sığortalanır, nahar yeməyi ilə təmin olunurlar.

Məhz yüksək gəlir iqtisadiyyatına keçməkdə olduğuna görə Gürcüstanda qiymətlər artıq ucuz deyil, cəmi 10-15 il qabaq Bakıdan təqribən 2 dəfə ucuz olan Tiflisdə indi demək olar ki, eyni qiymətlər görürük. Amma ucuz olan məhsullar da var – məsələn, ət, yağ, meyvə, bəzi tərəvəzlər Bakıdan ucuzdur.

Ermənistanda 2025-ci ilin 1-ci rübündə ÜDM 5,2% artıb, orta maaş 1277 manat olub. Kiçik biznes üçün vergi dərəcələri də məqbuldur – əgər sırf nağdsız ödənişlərlə işləyirsinizsə, ticarət sektorunda fəaliyyət göstərən şirkətlər vergini 1%-ə, istehsal sektorunda 3%-ə, ictimai iaşə sektorunda isə 3,5%-ə qədər azalda bilirlər. Kiçik biznes üçün bu qaydalar illik 290 min dollar, yəni, 493 min manat dövriyyəni keçmədikdə tətbiq olunur.

Azərbaycanda 2025-ci ilin 1-ci rübündə ÜDM cəmi 0,3% artıb, həmin dövrdə orta aylıq maaş ölkədə 1043 manat təşkil edib. Vergi sistemi kiçik-orta sahibkarlara qənim kəsilib, dollar 78 qəpik olan dövrdən bəri ƏDV-yə düşməyən dövriyyə necə 200 min manat idisə, indi də 200 min manatdır. Vergi dövriyyədən 20%-dir, amma hələlik bir çox fəaliyyət üzrə həmin 20%-in 75%-i güzəştlə ödənilir, amma 200 mini keçən kimi avtomatik 18% də ƏDV ödəməli olursan. Gömrük rüsumlarından isə danışılası deyil, heç bir çeviklik yoxdur, 3 pilləli gömrük rüsumu olsa da, nə hikmətdir ki, 90% iş adamı ən yüksək, yəni, 15% rüsum ödəyir, bunun üzərinə də gömrükdə 18% ƏDV gəlir.

Azərbaycan iqtisadi cəhətdən qonşularımızla rəqabətdə yavaş-yavaş geriləyir, insanların real gəlirləri artmır, nominal artımı inflyasiya yeyib-bitirir. Təcili tədbirlər görülməlidir, Sıfırdan sadə və aşağı dərəcələrlə yeni vergi və gömrük məcəllələri qəbul edilməli, əsas dəstək kiçik-orta sahibkarlara yönəldilməlidir.

Gecikdikcə uduzacağıq, rəqabətdə uduzmaq isə bizə, suverenliyini, ərazi bütövlüyünü bərpa etməyi bacaran TƏK post-sovet ölkəsi olan Azərbaycana yaraşmaz! //Medianews.az//

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 İyul 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri