Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Təcili yardım gecikir, taksi səhv gedir RƏY

Təcili yardım gecikir, taksi səhv gedir RƏY

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Köhnə ünvan bazaları idarəetməni çaşdırır, vaxt və resurs itkisinə səbəb olur


Rauf Ağamirzəyev: “Dövlət sistemləri Ünvan Portalı ilə sinxronlaşmasa, təhlükəsizlik və xidmətlər risk altındadır”


Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev hazırda əksəriyyəti narahat edən problem - naviqasiyada eynilik barədə paylaşım edib. Mütəxəssis haqlı olaraq qeyd edir ki, son illərdə rəqəmsallaşmada müsbət yeniliklər tətbiq olunur, elektron sistemlər sosial həyatın bir çox sahəsini əhatə edir. Lakin faktiki ünvanların e-portallardakı ilə eynilik təşkil etməməsi problemlər yaradır. Əhali bu problemlə gündəlik həyatda da qarşılaşır. Məsələn, taksi sifarişi zamanı sifariş edilən ünvan əvəzinə, başqa istiqamət çıxır. Sifariş edilən ünvan portalda görünmür deyə, naviqator vasitəsilə də tapmaq mümkün olmur. Təcili yardım xidmətinin də səhv ünvan göstərilmə səbəbindən çağırışlara gecikməsi halları baş verir. R.Ağamirzəyev qeyd edir ki, naviqasiyada və coğrafi məlumatlarda ünvan eyniliyi yalnız texniki məsələ deyil - bu, idarəetmənin səmərəliliyi, xidmətlərin koordinasiyası və vaxt resursunun qənaəti üçün əsas şərtdir: 


- İstənilən ünvana düzgün çatmaq üçün xəritə, poçt, təhsil, təcili yardım və digər sistemlərin eyni ünvan bazasından işləməsi vacibdir. Əks halda, eyni bina və ya təşkilat fərqli sistemlərdə fərqli adla qeyd olunur — bu isə çaşqınlıq, gecikmə və idarəetmədə uyğunsuzluq yaradır.  Azərbaycanda ünvan sisteminin əsas bazası olan Ünvan Portalı (unvanportali.az) 2018-ci ildən fəaliyyət göstərir. Bütün küçə adları, binalar, ev nömrələri və poçt indeksləri məhz bu portalda toplanır və rəsmi vahid ünvan bazası kimi tanınır. Lakin bir çox dövlət qurumları və portallar hələ də köhnə məlumat bazalarından istifadə edir. Bunun nəticəsində eyni obyektin fərqli ünvanlarla göstərilməsi halları geniş yayılıb. Məsələn, paytaxtın Nərimanov rayonundakı məktəblər nümunəsində https://bakimektebleri.edu.az/ saytında göstərilən ünvanlarla ÜnvanPortalı.az-dakı rəsmi ünvanlar arasında ciddi fərqlər var. 21 məktəbdən yalnız 2-də ünvan tam uyğun gəlir (45 və 193 saylı məktəblər). Qalanlarının ya küçə adları, ya da ev nömrələri fərqlidir. Bu isə göstərir ki, BakıMəktəbləri sistemi hələ də Ünvan Portalı ilə sinxronlaşdırılmayıb və 2018-ci ildən əvvəlki ünvan məlumatlarını saxlayır. Niyə bu eyniləşmə çətindir? Köhnə məlumat bazalarının qalması — bir çox dövlət sistemləri 2018-dən əvvəl formalaşıb və avtomatik yenilənmir. Texniki inteqrasiya (API) çatışmazlığı — Ünvan Portalı ilə digər sistemlər arasında məlumat ötürülməsi avtomatik deyil. İdarələrarası koordinasiya zəifdir — hüquqi əsas olsa da, faktiki inteqrasiya prosesi tam təmin olunmayıb. İnsan faktoru — bəzi qurumlar hələ də köhnə ünvan adlarını işlətməyə vərdiş ediblər. Problemin aradan qalxması üçün bütün dövlət saytlarında Ünvan Portalı ilə avtomatik sinxronizasiya (API) tətbiq edilməlidir. Köhnə ünvanların avtomatik yönləndirmə sistemi (redirect) aktivləşdirilməlidir. Vahid ünvan formatı (rayon → küçə → ev/giriş → poçt indeksi). Ünvan ID kodunun bütün dövlət sistemlərində tətbiqi vacibdir. Ünvan dəyişiklikləri barədə ictimai məlumatlandırma və maarifləndirmə işi aparılmalıdır. Naviqasiyada və dövlət xidmətlərində eynilik təhlükəsizlik, rahatlıq və səmərəlilik üçün vacibdir. Ünvan Portalının 7 ildir mövcud olmasına baxmayaraq, bir çox qurum hələ də onun məlumat bazasından vahid mənbə kimi istifadə etmir”. 

Sakinlərdən bəzisi qeyd edir ki, yaşayış ünvanını portalda yoxladıqda fərqli ünvanların qeyd olunduğu görünür. Məsələn, evin çıxarışı Asan Xidmətdə 2020-ci ildə alınıb, orada ünvan fərqli qeyd edilib. 2 il öncə şəxsiyyət vəsiqəsi yenilənən vətəndaşın qeydiyyat ünvanı yeni yaşayış yeridir, amma portaldakı ilə hələ də eynilik təşkil etmir. Bəzi yeni çıxarışlarda (kupçalarda) isə 2 ünvan yazılır – həm yeni, həm də köhnə. Elektron sənədlərdə dəyişiklik aparılmır. “Zərifə Əliyeva” küçəsindəki bəzi obyektlərin ünvan məlumatı köhnə adla – “Azərbaycan prospekti” çıxır. Sənəd köhnə qalıb deyə ünvan da köhnədir. Ünvan məsələsində problemlərdən biri də Təcili tibbi yardım maşınlarının yeni və köhnə ünvana vaxtında çata bilməməsidir. Yaxşı olardı ki, Təcili Tibbi Yardım avtomobilləri də Taksi xidmətinə tətbiq edilən proqramla işləsin, Xəstənin yerləşdiyi məkan zəng vurulan ünvan TTY avtomobilinin monitorunda görünsün. Belədə çağırışa gecikmədən, vaxtında çatmaq olardı.  


Məlahət Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Noyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri