Icma.az
close
up
RU
Təcili yardım çağırışlara niyə gecikir? AÇIQLAMA

Təcili yardım çağırışlara niyə gecikir? AÇIQLAMA

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzi vətəndaşlar təcili tibbi yardım xidmətinin vaxtında göstərilməməsindən narazılıq edirlər. Onların sözlərinə görə, çağırış olunan ünvana təcili yardım briqadası bəzən 1 saatdan da gec çatır. Xüsusilə gecə saatlarında bu gecikmələr daha tez-tez yaşanır. Vətəndaşların bildirdiyinə görə, bəzi hallarda təcili yardım əməkdaşları hadisə yerinə tibbi avadanlıqlar, o cümlədən kardioqrama cihazı olmadan gəlirlər. Bu isə xidmətin keyfiyyəti ilə bağlı narahatlıqları artırır.

Məsələ ilə bağlı TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ilin aprel ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə ümumilikdə 60 577 müraciət daxil olub. Onlardan 3 797 müraciət əsassız çağırış kimi qeydə alınıb.

“Əsassız çağırışlar təcili tibbi yardım resurslarının düzgün istiqamətlənməsinə mane olmaqla yanaşı, həqiqətən yardıma ehtiyacı olan şəxslərə xidmətin vaxtında göstərilməsinə də mənfi təsir göstərir. Bu səbəbdən vətəndaşlardan xahiş olunur ki, yalnız həqiqətən təcili tibbi yardıma ehtiyac olduqda 103 xidmətinə müraciət etsinlər. Çağırışlar çeşidlənərək optimallaşdırılır və növbəlilik prinsipi ilə icra olunur. Çağırışlar “təcili” və “təxirəsalınmaz” olmaqla iki əsas kateqoriyaya ayrılır. İlk olaraq təcili çağırışlar, daha sonra isə təxirəsalınmaz çağırışlar qeydə alınır və icra edilir. Qaydalara əsasən, təcili yardım 15-20 dəqiqə ərzində, təxirəsalınmaz çağırışlar isə 1 saat ərzində ünvana çatmalıdır. Təcili çağırışlara ürək dayanması, ağır travmalar (yol-nəqliyyat hadisələri, çoxsaylı sınıqlar və s.), insult və infarkt əlamətləri, tənəffüsün dayanması və ya boğulma halları, şüur itkisi, qanaxma, doğuş və s. aiddir. Təxirəsalınmaz çağırışlara isə yüksək hərarət, arterial təzyiqin yüksəlməsi, baş ağrısı və s daxildir. Tövsiyə olunur ki, vətəndaşlar təcili olmayan hallar üzrə poliklinikalara və sahə həkimlərinə müraciət etsinlər”, - deyə qurumun açıqlamasında qeyd olunub.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım avtomobilləri müasir standartlara uyğun tibbi avadanlıqlarla təchiz olunub:

“Qeyd edək ki, çağırış ünvanında elektrokardioqrammanın çəkilməsinə təcili tibbi yardım həkimi qərar verir. Bir sıra avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir. Ambulanslar xəstə tibb müəssisəsinə aparılarkən yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərman və tibbi avadanlıqlarla təmin edilib. Belə ki, reanimobil ambulanslar reanimasiya tədbirlərinin həyata keçirilməsi üçün xüsusi tibbi avadanlıqlara malikdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 May 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri