Icma.az
close
up
RU
Təcrübə göstərir ki, bəzi hallarda nəticələr əvvəlcədən müəyyən edilir Direktorların müsabiqə ilə seçilməsinə REAKSİYA

Təcrübə göstərir ki, bəzi hallarda nəticələr əvvəlcədən müəyyən edilir Direktorların müsabiqə ilə seçilməsinə REAKSİYA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib. Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.

Məktəb direktorlarının yeni qaydalarla seçilməsi necə qiymətləndirilir?

Əməkdar müəllim, təhsil eksperti Sona Əliyeva Redaktor.az-a açıqlamasında bildirdi ki, direktorların müsabiqə əsasında seçilməsi, təhsil sistemində şəffaflığın artmasına və sağlam rəqabət mühitinin formalaşmasına səbəb ola bilər. Onun sözlərinə görə, bu prosesə müxtəlif bölgələrdən və fərqli təcrübəyə malik şəxslərin qatılması təhsil müəssisələrinin idarəetməsində yenilənməyə, peşəkarların önə çıxmasına şərait yaradar:

"Ən əsası, belə seçim mexanizmləri “əlaqə ilə təyinat” ənənəsinin zəifləməsinə, ictimai inamın bərpasına kömək edər. Müsbət tərəflərdən biri də ondan ibarətdir ki, keyfiyyətli kadrların seçilməsi üçün real qiymətləndirmə aparıla bilər. Test, müsahibə və praktik tapşırıqlar əsasında namizədlərin təhsil səviyyəsi, idarəetmə bacarığı, liderlik xüsusiyyətləri ölçülür. Bu isə nəticə etibarilə, məktəblərin və digər təhsil müəssisələrinin idarəetmə keyfiyyətinə müsbət təsir göstərə bilər. Ancaq nəzərə alınmalıdır ki, bu sistemin uğuru prosesin nə dərəcədə obyektiv həyata keçirilməsindən asılıdır. Təcrübə göstərir ki, bəzi hallarda müsabiqə formal xarakter daşıyır, nəticələr isə əvvəlcədən müəyyən edilir. Əgər seçim komissiyaları obyektivliyi tam təmin etməzsə, bu yenilik öz mahiyyətini itirəcək və sadəcə “kağız üzərində şəffaflıq” effekti yaradacaq.

Digər mənfi tərəf isə prosedurun mürəkkəbliyi və uzanmasıdır. Müsabiqə mərhələlərinin çoxluğu və bürokratik əngəllər bəzi hallarda təhsil müəssisələrində rəhbər vəzifələrin uzun müddət boş qalmasına gətirib çıxarır. Bundan başqa, “daxildən yüksəlmək” istəyən müəllim və ya müavinlərin motivasiyası da azalır, çünki onlar bu sistemdə özlərini arxa planda hiss edir, halbuki əvvəllər direktor məhz məktəbin içərisindən seçilirdi. Ölkəmizdə direktorların işə qəbulu müsabiqəsi əvvəllər də tətbiq olunub, lakin son illər bu mexanizmin daha geniş və sistemli formada bərpası nəzərdə tutulur. Əgər bu dəfə proses aydın meyarlar, ictimai nəzarət və ədalətli qiymətləndirmə prinsipləri ilə müşayiət olunsa, bu, təhsil idarəçiliyində real dönüş nöqtəsi ola bilər. Əks halda, gözəl niyyətlə başlanılan təşəbbüs sadəcə növbəti formal prosedura çevriləcək".

Sona Əliyeva hesab edir ki, direktorların işə qəbulunda müsabiqə sistemi əgər dürüst və şəffaf şəkildə tətbiq edilərsə, təhsildə keyfiyyətə, ədalətə və ictimai inama doğru atılmış mühüm addımdır:

"Lakin hər bir müsabiqə yalnız o zaman uğurlu sayılar ki, nəticəsinə cəmiyyət inansın".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see418

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see261

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see200

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see183

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see178

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see176

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see165

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see145

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see143

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri