Icma.az
close
up
RU
Təcrübə qazandırmayan iş karyerada uğur gətirmir MÜNASİBƏT BİLDİRİLDİ

Təcrübə qazandırmayan iş karyerada uğur gətirmir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Birinci növbədə hər kəs karyera qurmalı deyil. Amma karyera qurmaq istəyən şəxs üçün bilik və bacarıq mütləq lazımdır. Bu, labüd bir haldır". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, əgər insanın biliyi, savadı və həmin biliklərinə uyğun bacarığı yoxdursa, o, karyera qurmaqda çətinlik çəkəcək: "Bu gün elə bir zamanda yaşayırıq ki, daim inkişaf etmək, öz üzərində işləmək lazımdır. Bu, artıq sürət əsridir. Əvvəllər Sovet dövründə deyirdilər ki, bu, kosmos əsridir. Amma indi artıq kosmosdan keçmişik – qalaktika əsridir. Demək istəyirəm ki, kimsə karyera qurmaq istəyirsə, orta məktəbdən başlayaraq təhsilini artırmalıdır. Daha sonra seçdiyi ixtisas üzrə ali məktəbi bitirməli, əlavə biliklər qazanmalı və mütləq təcrübə toplamalıdır.

Karyera qurmaqda təcrübənin çox böyük rolu var. Təəssüf ki, bu gün gənclər məhz təcrübə məsələsində çox çətinlik çəkirlər. Təcrübə qazanmaq üçün ali təhsil alarkən işləmək və ya təcrübə keçmək lazımdır. Hətta elə bir yerdə çalışmaq vacibdir ki, həmin iş insana biliklə yanaşı təcrübə də qazandırsın. Başqa sözlə, karyerada əsas şərt savadlı olmaqla yanaşı, bacarıq və təcrübəyə sahib olmaqdır.

Şəxsi keyfiyyətlər də bu prosesdə çox önəmlidir. Çünki şəxsi keyfiyyəti olmayan insanın savadı və bacarığı olsa belə, o, karyerasında irəliləyə bilməyə bilər. Buna görə də CV-də yalnız bilik və təcrübə deyil, şəxsi keyfiyyətlər də mühüm yer tutur.

Qaldı ki, “tapşırıq” məsələsinə – hər kəs karyera qurmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Əgər kimsə bunu tapşırıqla edirsə, bu artıq onun yaşadığı mühit, ailə və ətrafla bağlı bir məsələdir. Mən isə şəxsi keyfiyyətlərə, təcrübəyə, bilik və bacarığa daha çox önəm verirəm. Düşünürəm ki, uğurlu karyera üçün məhz bu amillər vacibdir. İnsan bu yolla gedərək öz karyerasını düzgün şəkildə qura və uğur qazana bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri