Icma.az
close
up
RU
Tədrisinə yenidən baxılmasını zəruri edir KONKRET

Tədrisinə yenidən baxılmasını zəruri edir KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün süni intellekt sahəsində biliklərə dərindən yiyələnmək üçün ehtimal nəzəriyyəsi, riyazi statistika, riyazi məntiq, ali cəbr və digər riyazi metodların mənimsənilməsi məsələləri böyük aktuallıq kəsb edir. Bu baxımdan elm və təhsil müəssisələrinin, eləcə də müvafiq dövlət qurumlarının iştirakı ilə süni intellektə, riyaziyyata dair biliklərin tədrisi və müvafiq sahələrdə yüksəkixtisaslı kadr hazırlığı ilə bağlı dəyirmi masaların keçirilməsi, elmi müzakirələrin aparılması böyük önəm kəsb edir.

KONKRET.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bildirib. Akademik Rasim Əliquliyev müasir dövrdə süni intellekt texnologiyalarının qlobal inkişafın əsas lokomotivlərindən birinə çevrildiyini, rəqəmsallaşma sahəsində dünyada inqilabi proseslərin getdiyini deyib. Ölkəmizdə bu sahə ilə bağlı ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini, Prezident İlham Əliyev tərəfindən mühüm dövlət proqramları, strategiyalar və digər normativ-hüquqi sənədlərin qəbul edildiyini diqqətə çatdırıb.

Alim dövlət başçısının müvafiq Fərmanına əsasən ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Şuranın yaradılmasında əsas məqsəd ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi, süni intellekt əsaslı yeni arxitektur tələblərə uyğun rəqəmsal dövlət infrastrukturunun formalaşdırılması və cəmiyyətin bütün sektorları üzrə harmonik inkişafın təmin olunmasıdır.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, ölkədə rəqəmsal inkişaf sahəsində aparılan dövlət siyasətinin əsas hədəflərindən biri də elmi cəhətdən əsaslandırılmış milli data ekosisteminin formalaşdırılmasıdır. Akademik data suverenliyinin təmin olunmasının dövrümüzün ən mühüm çağırışlarından biri olduğunu qeyd edərək, səhiyyə, iqtisadiyyat, nəqliyyat və s. kimi müxtəlif fəaliyyət sahələrində toplanan məlumatların vahid prinsiplər və tələblər əsasında idarə olunması və müvafiq data ekosisteminin formalaşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Müasir dövrdə riyaziyyatın yalnız fundamental elm sahəsi kimi deyil, həm də süni intellekt, informasiya texnologiyaları, iqtisadiyyat, mühəndislik və digər sahələrdə əsas metodoloji baza kimi çıxış etdiyini vurğulayan alim maşın təlimi, dərin təlim, qeyri-səlis riyaziyyat, xətti cəbr, kriptoqrafiya və s. kimi sahələrin riyazi əsaslara söykəndiyini qeyd edib. Alim əlavə edib ki, riyazi metod və yanaşmaların süni intellekt sahəsində geniş tətbiqi milli süni intellekt modellərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

O, son zamanlar Elm və Təhsil Nazirliyi tərəfindən müasir çağırışlara və ölkənin strateji maraqlarına adekvat kompleks tədbirlərin həyata keçirildiyini, ali məktəblərdə yeni kafedraların yaradıldığını, müvafiq ixtisasların açıldığını bildirib: “Bununla yanaşı, hazırda ölkəmizdə süni intellekt sahəsində yüksəkixtisaslı kadr hazırlığına daha sistemli yanaşmanın formalaşdırılmasına, riyaziyyatın süni intellektlə bağlı prioritetlərinin müəyyənləşdirilməsinə ciddi ehtiyac var”.

Alim Azərbaycan elminin dünya elminə inteqrasiyasında riyazi bilik və təfəkkürün inkişafının vacibliyini vurğulayaraq elmi tədqiqatlarda riyazi modelləşdirmədən daha geniş istifadə edilməsinin zəruriliyini diqqətə çatdırıb. Bildirib ki, ali təhsil müəssisələrində “Süni intellektin riyazi əsasları” adlı yeni fənnin tədrisi, kompüter elmləri və riyaziyyat sahəsində fəaliyyət göstərən alim və mütəxəssislərin birgə fəaliyyətinin təmin edilməsi və bu istiqamətdə koordinasiyanın gücləndirilməsi məqsədəuyğundur.

“XXI əsrin tələbləri, qlobal çağırışlar, eləcə də ölkəmizdə süni intellektlə bağlı həyata keçirilən daxili və xarici siyasət bu istiqamətdə beynəlxalq təcrübənin daha dərindən öyrənilməsini, elmi potensialın səfərbər olunmasını zəruri edir”, – deyən akademik Azərbaycanın texnoloji və rəqəmsal suverenliyinin təmin olunması istiqamətində alimlərin, xüsusilə riyaziyyatçıların mühüm rola malik olduqlarını qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Sentyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri