Təəssüf ki, bu dəfə istəyimizə çatmadıq Sebastyen Desabr
Icma.az, Fanat saytına istinadən bildirir.
Hazırda davam edən futbol üzrə dünya çempionatının 2-ci turunda Kolumbiya yığmasına 0:1 hesabı ilə uduzan Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyen Desabr matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, K qrupunda baş tutan görüşün ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Oyun bizim üçün çox çətin alındı. Güclü rəqiblə üz-üzə gəldik. Rəqib oyun keyfiyyəti baxımından bizdən üstün idi. Futbolçular həmişəki kimi nəticə qazanmaq üçün meydanda sonadək döyüşdülər. Təəssüf ki, bu dəfə istəyimizə çatmadıq. Bu bizim ilk dünya çempionatımızdır. Portuqaliya və Kolumbiya milliləri ilə oyunlar bizə böyük təcrübə qazandırdı.
Özbəkistanla oyunda riskə getməliyik, çünki heç-heçə bizi qane etməyəcək".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 24 İyun 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















