Icma.az
close
up
RU
Təəssüflər olsun ki, insanlar, əsas da uşaqlar bu zəhəri içirlər

Təəssüflər olsun ki, insanlar, əsas da uşaqlar bu zəhəri içirlər

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Qida mütəxəssisi olaraq orqanik qidaları tövsiyə edirəm. İnsan nə qədər orqanik qidalanarsa, bir o qədər sağlam olar. Bu, daxili orqanların fizioloji xüsusiyyətinə, insanın yaşamına, enerji mübadiləsinə, hormonların sürət mexanizminə təsir edir. Daxilə qəbul etdiyimiz hər hansı zərərsiz və zərərli qida insanın görünüşünə, dərisinin rənginə, sağlamlığına, ətraf mühitin infeksiyasından qorunmaq funksiyasına təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib.

O bildirib ki, uşaqların hazır alınmış çöplü şirələrdən istifadəsi ilə bağlı ilk növbədə onu da izah etmək istəyirəm ki, ev şəraitində hazırlanan meyvə şirələrinin qəbulu tövsiyə olunur: "Bu meyvə şirələri uşaq və yeniyetmələrin sağlamlığına, onların boy hormonlarının fəaliyyətinə pediatrlar, uşaq dietoloqları tərəfindən tövsiyə edilir. Nəinki uşaqlara, hətta böyüklər üçün meyvə şirəsi enerji mənbəyidir. Təbii meyvə şirəsi çox həssasdır. Meyvə şirəsini çəkərkən bir dəqiqə müddətində saxlanılır, bir dəqiqəni keçməmək şərtilə içilməlidir. Bir dəqiqə saxlanılır ki, onun tərkibində müəyyən maddələr olur ki, onlar aktiv olur. Çəkilən kimi içəndə insana yüngül təsir edə bilər, təzyiqə meyilli insanda təzyiq qalxa bilər, şəkərə meyilli insanlarda şəkər qalxa bilər, yüngül ürəkbulanmaya gətirib çıxara bilər. Çünki meyvə çəkilən kimi içiləndə müəyyən maddələr aktivləşir, bu, insana təsir edə bilər. Çəkiləndən bir dəqiqəni uzatmamaq şərtilə qəbul edildikdə daha faydalı olur. Meyvə şirəsi çəkildikdən sonra 2-3 dəqiqə qalsa onun tərkibindəki aktiv maddələr passivləşir. Meyvə şirəsini 5 dəqiqədən sonra içsəniz, onun keyfiyyəti olmur. Əksinə mənfi təsir göstərir. Elə meyvə şirəsi olur ki, 5-6 dəqiqə qalandan sonra içildikdə ürəkbulanma, halsızlıq və zəhərlənmələrə belə səbəb ola bilər.
Çöplü sokların çoxu hazırlanmış meyvə şirələridir. Həmin meyvə şirələri ümumiyyətlə tövsiyə edilmir. Çünki onların daxilinə müxtəlif kimyəvi maddələr əlavə edilir. Onlar orqanizm tərəfindən zəhər kimi qəbul edilir".

Onun sözlərinə görə, təəssüflər olsun ki, insanlar, əsas da uşaqlar bu zəhəri içirlər: "Həmin meyvə şirələrinin heç bir önəmi yoxdur. Onlarda vitamindən əsər-əlamət yoxdur. Uşağı uzi müayinəsinə göndəririk, görürük ki, 11-12 yaşlı uşaqda öd qatılaşıb, qaraciyərdə piylənmə, mədəaltı vəzidə problem var. Hamısı bu sokların nəticəsidir. Bu içkilər qazlı içkilərdən də təhlükəlidir. Bəzən olur ki, stəkan kimi termos, fincanlar, çöplərdən istifadə olunur. Onların tərkibində kimyəvi maddələr var. Açan kimi zəhərlər aktivləşir, çöpü suya vurduqda ikitərəfli kimyəvi maddə olur. Yeməklə bərabər qəbul edildikdə, əgər vaxtı keçmiş qidadırsa, birbaşa zəhərlənməyə səbəb olar. Belə halla rastlaşdıqda, uşaqlarda halsızlıq, ürəkbulanma, ishal olarsa, mütləq həkimə müraciət etsinlər. Bir mütəxəssis kimi çöplü şirələrdən istifadəni məsləhət görmürəm. Hazır satışda olan heç bir meyvə şirəsi enerji, vitamin mənbəyi deyil, onlar yalnız işçilərin uydurduqları yalandır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri