Icma.az
close
up
RU
Təhdid mənbəyi olan USAID in acı aqibətini digərləri də yaşayacaq Mövqe

Təhdid mənbəyi olan USAID in acı aqibətini digərləri də yaşayacaq Mövqe

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

"Bu gün elə bir vəziyyət yaranıb ki, artıq Qərb dövlətləri özləri indiyədək özlərini beynəlxalq aləmə qanunun aliliyi, demokratiya, insani dəyərlərinin müdafiəçisi kimi yaradıb təqdim etdikləri beynəlxalq qeyri-hökumət  təşkilatlarının əsl mahiyyətini açıqlayaraq hansı çirkin planların həyata keçirməsində istifadə edildiyini ifşa etməkdədirlər. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv edilməsinin gündəmə gəlməsi bunun bariz nümunəsidir. Artıq ABŞ rəhbərliyi özü rəsmi şəkildə USAID-in dünyada hansı çirkin və məkrli planları həyata keçirdiyini etiraf edirlər". 

Bunu Ölkə.Az-a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Deputatın sözlərinə görə, vəziyyət o həddə çatıb ki, artıq ABŞ-nin yeni prezidenti Donald Tramp USAID-i ləğv etmək barədə qərara gəlib. 

"Tramp komandası USAID-in dünyanın müxtəlif ölkələrində  terrorçuluğu dəstəkləməkdən tutmuş, narkotikanın təşviqinə dəstək vermək barədə ən müxtəlif cinayət əməllərinin təşkilatçıları olmaqla yanaşı, onları maliyyələşdiriblər. USAID ABŞ-nin dünyada xaos yayan, hakimiyyət çevrilişləri həyata keçirən, vətəndaş qarşıdurması yaradan mexanizmidir. USAID illərlə dünyanın müxtəlif bölgələrində müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışaraq, inqilablara sponsorluq edib. Bu qurum bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlərə qarşı qarayaxma kampaniyaları təşkil edib.
Ameriaklı siyasətçi Robert Kennedi bəyan edib ki, USAID 2014-cü ildə Ukraynada hakimiyyət çevrilişinə 5 milyard dollar xərcləyib. Biz bunun dünyanın digər ölkələrində də şahidi olmuşuq. USAID-in Azərbaycanda da xaos yaratmaq cəhdi olub. Lakin onların bu cəhdlərinin qarşısı zamanında alınıb.
Hətta amerikalı milyarder İlon Mask USAID-i çoxsaylı cinayət əməllərində, həmçinin Çin laboratoriyasını maliyyələşdirməkdə, yəni koronavirusu yaymaqda ittiham edir. Bu səbəbdən də təşkilatdan amerikalı vergiödəyiciləri qarşısında hesabat vermək tələb olunur", - o qeyd edib.

Deputat bildirib ki, USAID-in son 4 ildə Azərbaycana qarşı çirkin  niyyətlərinə diqqət yetirmək kifayətdir: "Düzdür, 
USAID 2000-ci illərin əvvəllərində Azərbaycanda da xaos həyata keçirməyə çalışıb. Məqsəd isə Azərbaycanın inkişafına mane olmaq, ərazi itkisi ilə razılaşmaq planını reallaşdırmaqdan ibarət olub. Amma 2020-ci ildən Azərbaycanın  öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonrakı qələbəsini həzm edə bilməyən USAID açıq şəkildə ermənilərə havadarlıq edərək separatizmi və revanşizmi  dəstəkləyib.  Bu məqsədlə Ermənistana milyonlarla dollar vəsait ayırıb. Bu yolla Azərbaycan qarşı hibrid təhdilər yaratmaq çalışıb. Lakin cənab Prezident İlham Əliyevin  milli maraqlara söykənən yürütdüyü siyasət nəticəsində Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşməsi nəticəsində  ölkəmizə qarşı həyata keçirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları iflasa uğramış oldu. Nəticədə bir zamanlar  dünya ölkələri üçün ciddi  təhdid mənbəyi olan USAID-in əsl siması  bəlli oldu. Bu təşkilatın bir cinayətkar və çirkin oyunlarda istifadə edilən struktur kimi ifşa olunmaqdadır. İnanıram ki, USAID-in bu acı aqibətini  dünya ölkələrinə təhdid mənbəyi olan digər təşkilatlar da yaşayacaq".

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Fevral 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri