Icma.az
close
up
RU
USAİD in işi separatizmi, revanşizmi təşviqdən başqa bir şey olmayıb Mövqe

USAİD in işi separatizmi, revanşizmi təşviqdən başqa bir şey olmayıb Mövqe

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması və ya ləğvi bu ölkənin daxili işidir. USAID yeni Prezident Donald Trampın federal hökumətdə islahatlar aparmaq səyləri fonunda bağlanmaqla üz-üzə qalıb”. 

Bu fikirləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb: "Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla əsasən kənd təsərrüfatına, ticarətə, qlobal səhiyyəyə, demokratiyanın inkişafına  və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Ancaq bunlar  aysberqin yalnız görünən üzüdür. Əsas məsələ alt qatda, görünməyən tərəfdədir. Əslində isə USAID yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb. Bu qurumun vaxtilə respublikamızda müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatları maliyyələşdirməklə onların vasitəsilə  Azərbaycanda qeyri-qanuni aksiyaların permanentliyini təmin etməyə çalışdığına dair təkzibolunmaz faktlar var. Bununla yanaşı, USAID bu fəaliyyətini pərdələmək üçün regionlarda müxtəlif layihələr həyata keçirirdi".

Deputatın sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistana havadarlıq edən beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli mövqe ortaya qoyur, əsassız iddialar irəli sürürlər. "Onların sırasında ABŞ Beynəlxalq İnkişaf Agentliyi də var. Bu təşkilat son illər Azərbaycana münasibətdə kəskin ritorika nümayiş etdirir, Ermənistana isə “sevgisini” daha da artırıb. Son bir neçə ildə USAID-in rəhbər şəxslərinin bu ölkəyə davamlı səfər etməsi və maliyyə dəstəyini dəfələrlə artırması da bunu sübut edir.  Ötən il qurumun Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağı elan olunmuşdu. Digər tərəfdən, dövlətimiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra USAİD rəsmiləri Azərbaycana qarşı əsassız iddialarla çıxış ediblər. Onların ölkəmiz əleyhinə səsləndirdikləri iddialar separatizmin və Ermənistanın daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey olmayıb" - o qeyd edib.

Deputat əlavə edib ki, bütövlükdə, USAİD-in maliyyə dəstəyi ilə müxtəlif ölkələrdə daxili problemlərin yaradılması barədə kifayət qədər faktlar mövcuddur: "Azərbaycan ictimaiyyətinə də bütün bunlar yaxşı məlumdur. Ona görə də, ölkəmizdə bu qurumun müsbət imici yoxdur. Bütün hallarda isə təşkilatın ləğv edilib-edilməməsi ABŞ-nin daxili işidir”.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Fevral 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri